
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tələbələrə əlavə təqaüdlərin verilməsi və diferensial əməkhaqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib.
İclasda universitet həyatının müxtəlif istiqamətlərini əhatə edən vacib qərarlar qəbul edilib.
Akademik göstəricilərinə görə fərqlənən, eləcə də sosial meyarlara uyğun tələbə və magistrantlara əlavə təqaüdlərin verilməsi;
Diferensial əməkhaqqı sisteminin tətbiqi;
Ömürboyu Təhsil Məktəbinin yaradılması;
MİQ və digər kütləvi imtahanlara hazırlıq imkanlarının artırılması və universitet daxilində xüsusi hazırlıq qruplarının yaradılması;
Strateji hədəflərə uyğun struktur bölmələrin yenidən təşkili və idarəetmədə institusional dəyişikliklərə başlanılması.
Həmçinin, universitet həyatında nümayiş etdirdikləri yüksək sosial və ictimai fəallığa, tədbir və layihələrdə göstərdikləri təşəbbüskarlığa görə bir qrup məzun, eləcə də 30 iyun 2025-ci il tarixində keçirilmiş “Məzun günü” tədbirinin təşkilində göstərdikləri məsuliyyət və səmərəli fəaliyyətə görə MDU-nun əməkdaşları təltif olunublar.
1 /18
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər