Bütün xəbərlər
25 iyun, 19:00

İyunun 25-də keçirilən sertifikasiya imtahanında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllimləri yüksək bal toplayıblar.

“Azərbaycan müəllimi” uğur qazanan təhsilverənlərlə həmsöhbət olub.

“Sertifikasiyanın müsbət tərəfləri çoxdur...” 

Mehbarə Tağıyeva Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin fizika müəllimidir. 41 il məktəbdə işləyən 63 yaşlı müəllim könüllü olaraq sertifikasiya imtahanına qatılıb və 56 bal toplayıb: “Diaqnostik qiymətləndirmədə illər öncə iştirak edərək 55 bal toplamışam. 2015-2016-cı illərdə “Qabaqcıl təhsil işçisi” döş nişanı, daha sonra cənab Prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam”. 

Müəllimin sözlərinə görə, imtahanda suallar çox sadə idi və o, daha çətin suallarla qarşılaşacağını düşünüb: “Dərsliklərdə keçdiyimiz mövzular əhatə olunmuşdu. Kurikulum üzrə “YouTube” üzərindən hazırlaşmışdım. Sertifikasiyanın müsbət tərəfləri çoxdur, onlardan biri də müəllimlərin əməkhaqlarının artmasıdır”. 

“Müəllim öz ixtisasını mükəmməl bilməlidir ki, layiqincə də öyrədə bilsin” 
Sara Ağamalıyeva Siyəzən rayonu Böyük Həmyə kənd tam orta məktəbinin fizika müəllimidir. O, imtahanda 56 bal nəticə göstərib. 16 ildir müəllim kimi fəaliyyət göstərdiyini deyən müəllim daim öz üzərində işlədiyini, özünü inkişaf etdirdiyini qeyd edir. Kurikulum üzrə bir az çətinlik çəkdiyini bildirən müəllim sertifikasiyanı çox müsbət dəyərləndirir: “Məncə, təhsilverən öz ixtisasını mükəmməl şəkildə bilməlidir ki, layiqincə də öyrədə bilsin”.

Sara müəllimin fikrincə, müəllim hər dərsinə vaxtında, sərbəst, ciddi, vicdanla hazırlaşarsa mütləq uğurlu nəticə əldə edər: “Dünən və bu gün səhər tezdən şagirdim mənə yazıb uğurlar arzulamışdı və demişdi ki, ürəyimə damıb, bu gün yəqin ki, sizdən müsahibə alacaqlar, xahiş edirəm mənim adımı da xüsusi qeyd edin. Şagirdim dediyi kimi də oldu, onun adı Əliyusifdir, çox dəstək olur mənə. O da 11-ci sinif məzunudur,”- sevinc hissi ilə Sara Ağamalıyeva qeyd edir.  

 “Sertifikasiyada məktəb proqramından kənar suallar düşmür”

Şəhanə Qəmbərova Şabran rayon Əmirxanlı kənd tam orta məktəbinin fizika müəllimidir və imtahan nəticəsi 56 baldır. 7 illik pedaqoji təcrübəyə malik müəllim 2017-ci ildə MİQ imtahanında iştirak edərək 49 bal toplayıb. Mütəmadi olaraq fənni üzrə dərslikləri, kurikulum üzrə TAİM vəsaitini oxuduğunu deyən müəllim sualların onun üçün çətin olmadığını, imtahanın çox şəffaf keçdiyini vurğulayır. 

 “Düşünürəm ki, sertifikatlaşdırmanın keçirilməsi çox vacibdir. Müəllimlər öz üzərlərində işləməli, hazırlaşmalıdır. Sertifikasiyada məktəb proqramından kənar suallar düşmür və fənnini bilən müəllim 55-dən yuxarı nəticə göstərməlidir. Müəllimlər öz vəzifələrini düzgün icra etsələr, daima hazırlıqlı olsalar, keçdikləri dərslərə məsuliyyətli yanaşsalar hər bir imtahandan uğur qazanacaqlar,”- deyə Şəhanə müəllim bildirir.

“Göstərdiyimiz nəticəyə uyğun olaraq maaşımızın artımı gözlənilir”

Səyarə Mürsəlova Siyəzən rayon Balaca Həmyə kənd tam orta məktəbinin fizika müəllimidir və 53 bal nəticə göstərib. İmtahan haqqında təəssüratlarını bölüşən müəllim deyir ki, kurikulum üzrə bir az çətinliyi olub, fizikadan isə orta məktəb səviyyəsində suallar idi: “Özüm dərslikləri oxuyaraq və “YouTube” üzərindən videodərslərə baxaraq hazırlaşmışam”. 
Müəllim əlavə edir: “Sertifikasiyaya münasibətim çox yaxşıdır, çünki müəllim bütün yeniliklərə açıq olmalıdır. Göstərdiyimiz nəticəyə uyğun olaraq maaşımızın artımı gözlənilir. Mən özüm 2014-cü ildə MİQ imtahanı ilə işə qəbul olmuşam. Müəllim daim öz üzərində işləməli, özünü inkişaf etdirməlidir”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.