
“Yazı işlərinin yoxlanılması üçün səriştəli marker-müəllimlərə böyük ehtiyac var. Hazırda 1000–1200 marker olsa da, bu say kütləvi imtahanların yazı işlərini vaxtında qiymətləndirmək üçün kifayət etmir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində bildirib.
O qeyd edib ki, imtahanların nəticələrinin daha tez açıqlanması da markerlərin sayından asılıdır: “Say çoxaldıqca proses də sürətlənəcək. Marker olmaq istəyən müəllimlər üçün 2013-cü ildən etibarən kurslar təşkil olunur və müraciət edənlər imtahandan keçərək markerlər siyahısına daxil ola bilərlər. Müəllimləri bizimlə əməkdaşlığa dəvət edirəm”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər