Bütün xəbərlər
19 may, 12:03

Məlumat verdiyimiz kimi, mayın 12-də Fransada təşkil olunan “Hi-lingua” beynəlxalq ingilis dili olimpiadasının Grand final mərhələsində Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Solmaz Hüseynzadə qürurverici nəticə göstərərək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 

“Azərbaycan müəllimi” istedadlı şagirdlə söhbət edib və onun möhtəşəm qalibiyyət sevincinə şahidlik edib.

2011-ci ildə Sumqayıt şəhərində dünyaya gələn Solmaz Hüseynzadənin uşaq yaşlarından ingilis dilinə xüsusi marağı olub. Xarici musiqi və filmlər onu həmişə özünə cəlb edib: “İngilis dili dünyaya açılan bir pəncərədir. Bu dili bilmək həm təhsil, həm də gələcək karyera baxımından çox önəmlidir. İngilis dilini öyrənmək mənə zövq verir, sanki yeni bir mədəniyyəti kəşf edirəm”. 

Sonradan Solmaz məktəbdə, sosial mediada olimpiadalar haqqında eşidib və dil bacarıqlarını sınamaq qərarına gəlib. Hazırlıq müddətində həm ingilis dili müəllimi Gülnarə Quliyevanın köməyi ilə, həm də əlavə mənbələrdən – kitablardan, onlayn testlərdən, mobil tətbiqlərdən yararlanaraq özünü təkmilləşdirib. 2024-cü ilin 8 dekabr tarixində onlayn keçirilən “Hi-Lingua” olimpiadasının yarımfinal mərhələsində birinci yer tutaraq qızıl medala layiq görülüb. Həmin ilin 30 noyabr tarixində “TeenEagle” yarışında bürünc medal, 2025-ci il fevralın 1-də onlayn keçirilən WAW Beynəlxalq Olimpiadasında gümüş medal əldə edib. Bu il 13-19 iyul tarixləri arasında ABŞ-də keçiriləcək “TeenEagle” Olimpiadasının Grand final mərhələsinə vəsiqə qazanıb və həmin müsabiqəyə getməyi planlaşdırır: “Mənə ən böyük dəstəyi məktəbimizin direktoru Reyhan Yunisova və müəllimlərim Gülnarə Quliyeva, Şəhla İsmayılova göstərib. İngilis dili müəllimimin verdiyi motivasiya, hazırladığı tapşırıqlar, məktəbimizin daimi dəstəyi olmasaydı, bu uğurlara çatmaq mənim üçün çətin olardı. Bütün müəllimlərimə minnətdaram və onlara demək istəyirəm ki, sizin əziyyətiniz sayəsində özümə güvənim artdı. Dəstəyiniz mənim üçün çox qiymətlidir və buna görə sizə sonsuz təşəkkür edirəm!

Məktəblinin sözlərinə görə, iştirakçısı olduğu “Hi-Lingua” olimpiadasının təşkilatçıları tərəfindən final mərhələsinin Fransanın paytaxtı Paris şəhərində keçirilməsi ilə bağlı məlumat verilib. Fransaya getmək qərarı şagird üçün həm böyük məsuliyyət, həm də unudulmaz təcrübə olub. “Ailəmin dəstəyini də xüsusi vurğulamaq istərdim. Onlar hər zaman mənə inanıblar, uğur qazanacağıma əmin olublar. Ailəm gecə-gündüz çalışanda yanımda olub, ruhdan düşəndə motivasiya verib. Onların sevgisi və güvəni mənə daim əlavə güc verir”. 

Mayın 12-də Fransada təşkil olunan olimpiada həyəcanından bəhs edən Solmaz qeyd edir ki, suallar düşündürücü olub, əsasən, müsabiqədə danışıq və sürətli düşünmə bacarığı tələb olunub: “Qalib olarkən inanılmaz sevinc və qürur hissi yaşayırdım. Əziyyətimin qarşılığını belə gözəl nəticə ilə almaq təsvir edə bilməyəcəyim bir hissdir. Mənəvi baxımdan çox böyüdüm. Yarışda 17 ölkənin şagirdləri iştirak edirdi. Bosniya və Herseqovina, Belarus, Yunanıstan və Türkiyə kimi ölkələrdən də qaliblər var idi. Azərbaycandan olan iştirakçılar arasında da yüksək nəticə göstərənlər çox oldu”.

Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 8 “b” sinif şagirdi bütün fənlərə məsuliyyətlə yanaşır, ingilis dili, informatika və riyazıyyat isə onun sevimli fənləridir. İstedadlı qız boş vaxtlarında yazı yazır, kitab oxuyur və kiçik proqramlaşdırma layihələri ilə məşğul olur. Həmçinin süni intellekt və yeni texnologiyalara böyük maraq göstərir. Solmazın fikrincə, uğur qazanmanın ən vacib sirri məqsədli olmaq, özünəinamlı, planlı çalışmaq, vaxtı düzgün bölmək və heç vaxt arzularından imtina etməməkdir. 

Gələcəkdə təhsilini informasiya texnologiyaları və süni intellekt sahəsində davam etdirmək istəyən qalib deyir: “Əgər bir işə ürəklə başlasan, nəticə gec-tez gələcək. Arzum süni intellekt və insan duyğularını birləşdirən layihələr üzərində işləmək, eyni zamanda, beynəlxalq uğurlara imza atmaqdır. Həm də Azərbaycanı layiqincə təmsil etmək istəyirəm”.

1 /1

Şərhlər

Xəbər lenti

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 12:19

Elxan Nəcəfov: Şagirdlərimizin nəticələrində müsbət dinamika müşahidə olunur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.