Bütün xəbərlər
24 may, 01:10

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 51237 nəfərdən 337 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 28 may saat 10:00-dan 30 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.