Bütün xəbərlər
23 may, 16:25

Artıq bir neçə müddətdir ki, Respublika fənn olimpiadalarının (RFO) qalibləri haqqında silsilə yazılar yayımlayırıq. Bu yazılarda şagirdlərin qələbəni heç də asanlıqla qazanmadıqları, gələcək planları və göstərdikləri əzm öz əksini tapır.

“Azərbaycan müəllimi” bu dəfə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi və Biləsuvar şəhər Kəmaləddin Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin RFO-da qalib olan şagirdləri ilə söhbətləşib.

“Həkim olmaq istəyirəm”- Üçqat qalib

İlk müsahibimiz RFO-nun üçqat qalibi Şövqi Əlizadədir. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. Bu tədris ilində RFO-da biologiya fənni üzrə gümüş medala layiq görülüb:

“RFO-da ilk dəfə 9-cu sinifdə iştirak etmişəm. Biologiya fənninə həvəsim olduğundan bu müsabiqədə iştirak etməyə qərar verdim. Olimpiadaya fənn müəllimim və liseyin biologiya fənni üzrə olimpiada müəllimi Vəfa Xankişiyeva ilə hazırlaşırdım. Xarici ədəbiyyatlardan oxuyur və keçmiş illərin beynəlxalq olimpiada suallarını işləyirdim. Qalib olacağıma inanırdım, çünki yaxşı hazırlaşmışdım. 9 və 10-cu sinifdə RFO-da bürünc medala layiq görülmüşəm. Həmçinin buraxılış imtahanında 285 bal toplamışam. Gələcəkdə həkim olmaq istəyirəm”.

“Bütün fənləri sevirəm” - Üçqat qalib

Daha bir üçqat qalibimiz Asi Paşazadədir. Biləsuvar Təhsil Kompleksinin 11-ci sinfində təhsil alan Asi builki RFO-da bürünc medal qazanıb:

“Ümumiyyətlə, bütün fənləri sevirəm. Lakin riyaziyyat və biologiyaya həmişə xüsusi marağım olub. Bu fənlərdən biri üzrə olimpiadada iştirak etməyimin həmin elmi dərindən öyrənməyimdə böyük rolunun olacağını düşündüm. Seçmək istədiyim ixtisasla əlaqəli olduğu üçün biologiya fənnini seçdim. Müsabiqəyə biologiya müəllimim Vəfa Xankişiyeva ilə hazırlaşdım. Lakin keçən illərdən fərqli olaraq, bu il əsasən vaxtımı buraxılış və blok fənlərinə ayırdım. İnanırdım ki, qalib olacağam. Bunun əsas səbəbi kimi 9 və 10-cu siniflərdən gələn təcrübəmi göstərə bilərəm. 2023 və 2024-cü illərdə RFO-da 2 gümüş medal sahibi olmuşam. 2024-cü ildə həm də “Sabahın alimləri” müsabiqəsində gümüş medal qazanmışam. 9-cu sinif buraxılış imtahanında 287 bal, 11-ci sinif buraxılış imtahanında isə 297.3 bal toplamışam. Keçən il Beynəlxalq Biologiya Olimpiadası dərslərinə qatılmaq hüququ əldə etmişəm. Tibb təhsili alaraq ürək cərrahı olmaq istəyirəm. Gələcək fəaliyyətimlə ölkəmizi dünyada təmsil etmək əsas hədəflərimdəndir”.

“Seçdiyim coğrafiya sahəsi üzrə savadlı mütəxəssis olmaqdır”- İkiqat qalib

Orxan Quliyev Kəmaləddin Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin 10-cu sinif şagirdidir. RFO-da coğrafiya fənni üzrə yuxarı yaş qrupu üzrə ikiqat bürünc medalçıdır. O, təəssüratlarını bizimlə bölüşür:

“Məndə bu olimpiadaya ilk marağı coğrafiya müəllimim Günay Hüseynli yaratdı. 2023-cü ildə müəllimim məndə coğrafiya üzrə xüsusi istedadımın olduğunu deyib məni bu olimpiadaya yönləndirdi. Həmin il çox güclü hazırlaşaraq coğrafiya fənni üzrə bürünc meda qazandım. Eyni uğuru bu il də təkrarlayaraq coğrafiya fənni üzrə yenidən bürünc medal əldə etdim. RFO-ya hazırlaşmaq çox ağır, eyni zamanda, maraqlıdır. Proses çətin olsa da, müəllimimin mənə motivasiya çətinliklərimi unutdururdu. Bu uğuru qazanmağımın əsl səbəbkarı müəllimim Günay Hüseynli olub. Onun bu qədər şagirdin arasından məni kəşf etməsi həyatımda böyük dəyişikliklər etdi. Məni təmənnasız şəkildə dayanmadan hazırlaşdıraraq məqsədimə çatmağıma yardım etdi. Hər zaman özümdən narazı qalmışam, fikirləşmişəm ki, daha az bilirəm və daha çox oxumalıyam. Ancaq müəllim mənə hər zaman qalib gözü ilə baxıb, tam o ruhda məni yetişdirirdi. Onun sayəsində özünəgüvənim formalaşdı. Qazandığım medalın ən böyük faydası odur ki, bu medal vasitəsilə müvafiq ixtisaslara müsabiqədənkənar qəbul olacağam. Gələcəkdə coğrafiya sahəsi üzrə savadlı mütəxəssis olmaq və bu sahəni daha dərindən öyrənib inkişaf etdirməkdir”.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.