Bütün xəbərlər
30 iyun, 16:10

Azərbaycanlı gənc, “2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallığın Kembric Universitetində beynəlxalq hüquq üzrə magistr təhsili alan Cavid Rəhimli növbəti uğura imza atıb.  

“Azərbaycan müəllimi” xəbər verir ki, C.Rəhimli Kembric Universitetinin Hüquq fakültəsi tərəfindən “Pro Bono Platinum” mükafatı ilə təltif olunub. 

Fakültənin sədri, İngilis hüququ üzrə Britaniya tarixində ilk qadın professor və Kral Vəkili olan Luiz Gulifer pulsuz hüquqi xidmət (pro bono) sahəsində fərqlənən tələbələri mükafatlandırıb. “Pro bono” ödənişsiz hüquqi xidmətdir. Mükafat kifayət qədər “pro bono” iş görən hüquqşünaslara verilir. Mükafat gənc hüquqşünaslar üçün prestijli hesab olunur. 

“Fakültənin aktiv tələbələrindən biri kimi ən yüksək “Platinum” mükafatını almaq mənim üçün qürurverici oldu” deyən C.Rəhimli ötən il ərzində Kral Vəkilinin köməkçisi kimi yerli məhkəmədə beynəlxalq hüquqla bağlı məhkəmə işində iştirak edib. “Amnesty International” təşkilatı üçün Haitidə uşaqların hərbi qruplara qoşulması ilə bağlı OSINT istintaqının aparılması və sübutların BMT-yə təqdim olunması, parlamentə təqdim ediləcək süni intellekt və cinayət ədaləti ilə bağlı QHT hesabatının hazırlanmasında dəstək göstərib, eyni zamanda Beynəlxalq hüquq üzrə bloqun redaktorluğunu həyata keçirib. 

Qeyd edək ki, 2024-cü ildə ABŞ-nin Corc Vaşinqton Universitetində xarici əlaqələr hüququ üzrə magistr dərəcəsi alıb, Oksford Universitetində insan hüquqları üzrə mübadilə proqramında iştirak edib. 

Hazırda Dövlət Proqramı çərçivəsində təhsil almaqla yanaşı, eyni zamanda Londonda beynəlxalq hüquq üzrə ixtisaslaşmış hüquq firması olan Volterra Fiettada hüquqşünas kimi çalışır. 

Cavid Rəhimlinin uğur hekayəsi göstərir ki, artıq azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində təkcə təhsil almaqla kifayətlənmir, həm də öz bacarıqları ilə fərqlənirlər.

1 /1

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.