Bütün xəbərlər
30 may, 13:47

Ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi təhsil sistemi qarşısında duran mühüm vəzifələrdən biri kimi daim diqqət mərkəzindədir. Bu sahədə dərin məzmunlu davamlı fəaliyyətin təşkili və uğurla həyata keçirilməsi prioritet hədəf kimi qarşıya qoyulub.  

Son illərdə istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması sahəsində görülən işlər bu sahədə ciddi uğurların əsasını qoyub. İstedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək üçün yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmununun müasir tələblərə uyğunlaşdırılması istiqamətində yeni tədris plan və proqramları hazırlanaraq tətbiqinə başlanılıb. Bu cür təhsil müəssisələrinin maddi-texniki təminatının, pedaqoji kadr heyətinin tərkibinin ildən-ilə yaxşılaşdırılması, lisey və gimnaziyaların tədris planlarının şagird nailiyyətlərinin əldə olunmasına uyğunlaşdırılması bu sahədə mühüm keyfiyyət dəyişikliklərinə imkan yaradıb.

Hazırda Azərbaycanda mərkəzləşdirilmiş imtahanla şagird qəbulu həyata keçirilən 34 lisey və gimnaziya fəaliyyət göstərir. Onlardan 12 lisey və gimnaziya Bakıda, 22-si regionlarda yerləşir.  

Rəqabət kifayət qədər yüksəkdir

Bu müəssisələrdə  ümumilikdə 18.970 şagird təhsil alır. Hər il bu müəssisələrə qəbul olmaq məqsədilə 30.000-dən artıq şagird imtahanda iştirak edir və onlardan təxminən 4.000 nəfəri qəbul olunur. Bu göstəricilərə əsasən qeyd edə bilərik ki, təhsil müəssisələrinə qəbul üzrə rəqabət kifayət qədər yüksəkdir. Bu da adıçəkilən təhsil müəssisələrində tədris prosesinin keyfiyyətinin göstəricisi hesab edilə bilər.

Bu müəssisələrin şagirdləri hər il ölkənin ən nüfuzlu bilik yarışlarından biri sayılan, 70 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında əhəmiyyətli nailiyyətlər əldə edirlər.

Uğurların statistikası

Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən respublika fənn olimpiadaları, müxtəlif bilik müsabiqələri və yarışlarında lisey və gimnaziya şagirdlərinin əldə etdiyi uğurlar sevindiricidir və artan dinamika ilə müşayiət olunur.

Statistikaya əsasən, 2023-cü ildə bu müəssisələrin şagirdləri Respublika fənn olimpiadaları üzrə ümumi qaliblərin 37.55%-ni, 2024-cü ildə 37.63%-ni, 2025-ci ildə isə 36%-ni təşkil edib.

Respublika fənn olimpiadaları şagirdlərin fənlər üzrə dərin biliklərin qiymətləndirilməsi və gələcək istedadların aşkara çıxarılması baxımından ölkənin ən nüfuzlu müsabiqələrindən biri hesab olunur. Müsabiqənin qalibləri həm də beynəlxalq olimpiadalara hazırlıq şansı əldə edirlər. Son illərin nəticələri göstərir ki, bu təhsil müəssisələrinin şagirdləri Respublika fənn olimpiadaları üzrə ümumi qaliblər arasında önəmli yer tutur: 2023-cü ildə qaliblərin 43.6%-ni lisey və gimnaziyaların şagirdləri təşkil edib, 2024-cü ildə isə bu göstərici 50%-ə çatıb. 2025-ci il üzrə də nəticələrin  bu yüksək dinamikanı davam etdirəcəyi gözlənilir.

Bundan əlavə, son illərdə keçirilən Lütfi Zadə adına riyaziyyat məntiq olimpiadası şagirdlərin analitik düşüncə qabiliyyətini və məntiqi nəticə çıxarma bacarığını ölçən müsabiqələrindən biri kimi mühüm əhəmiyyət daşıyır. Lisey və gimnaziyalarımızın şagirdləri təhsilverənlərin məntiqi təfəkkürü və təhliletmə qabiliyyətinin gücləndirən bu müsabiqənin  ümumi qalibləri arasında da stabil şəkildə yüksək nəticələr göstəriblər: 2023-cü ildə qaliblərin 30.2%-i, 2024-cü ildə 30.7 %-i bu müəssisələrin şagirdləri olub. 2025-ci il üzrə yekun mərhələnin nəticələri tezliklə məlum olacaq və bu dinamikanın  davam edəcəyinə ümidlər böyükdür.  

Əlavə edək ki, son 3 il ərzində beynəlxalq fənn olimpiadalarında ümumilikdə qazanılan medalların 53%-i bu müəssisələrin şagirdlərinin payına düşür.

Qeyd olunan təhsil müəssisələrinin şagirdləri eyni zamanda müxtəlif müsabiqələrdəki uğurları ilə fərqlənirlər. Belə ki, onlar “Sabahın alimləri”, “Zəkaların mübarizəsi”, “Qərbi Azərbaycana qayıdış”, “Ən yaxşı təqdimat” kimi nüfuzlu müsabiqələrdə, eyni zamanda “STEAM Azərbaycan” layihəsində və digər yarışlarda fəal iştirak edir, yüksək nəticələr göstərirlər. Bu cür yarış və müsabiqələrdə şagirdlər intellektual inkişaf səviyyələrini və təhsil müəssisələrinin tədris keyfiyyətini bir daha nümayiş etdirirlər.

Lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir

Beləliklə də ölkəmizdə təhsil sahəsində həyata keçirilən mütərəqqi dəyişikliklər keyfiyyətli və modern təhsil mühiti kimi lisey və gimnaziyaların şəbəkəsinin genişlənməsi ilə müşahidə olunmaqdadır.  Artıq mövcud olan lisey və gimaziyalara əlavə olaraq  regionlarda -  Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır.

Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir. Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub.

Əlavə edək ki, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir. Sözügedən lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.