Bütün xəbərlər
16 may, 15:20

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirmə məqsədilə keçirilən “Kibertəhlükəsizlik və kibergigiyena” adlı silsilə təlimlərin növbəti mərhələsi baş tutub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlim İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin Treninq və sertifikatlaşdırma şöbəsinin təşkilatçılığı ilə reallaşıb.

Təlimdə kibertəhlükəsizlik üzrə mütəxəssis-ekspert Rövşən Məlikov çıxış edərək iştirakçılara mövzu barədə geniş məlumatlar təqdim edib. O, müasir dövrdə kibertəhlükəsizliyin önəmini vurğulayaraq qeyd edib ki, rəqəmsallaşmanın sürətlə artdığı bir zamanda fərdi və təşkilati məlumatların qorunması hər bir istifadəçi üçün prioritet məsələ olmalıdır.

Ekspert təlim iştirakçılarına kibertəhlükələrin növləri, onların törədə biləcəyi fəsadlar,  bu təhdidlərdən qorunma üsulları – güclü şifrələrin yaradılması, iki mərhələli identifikasiya sistemlərinin tətbiqi, şübhəli linklərdən uzaq durmaq kimi praktiki tövsiyələr verib. Kibergigiyena qaydalarına əməl etməyin kibertəhlükələrin qarşısının alınmasında əsas rol oynadığını vurğulayıb.

Təlim zamanı real həyat nümunələri və aktual kibertəhlükəsizlik hadisələri üzərində aparılan müzakirələr iştirakçılarda mövzuya daha dərindən yanaşma imkanı yaradıb. Tələbə və əməkdaşların aktiv iştirakı ilə keçən tədbirdə onları maraqlandıran suallar da cavablandırılıb.

Şərhlər

Xəbər lenti

18 may, 08:57

“Elsevier” və “Informascope” şirkətlərinin nümayəndələri BANM-də təlim keçiblər

17 may, 22:46

Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

17 may, 21:09

Monitorinq imtahanında texniki nasazlıq olub, şagirdlərə əlavə vaxt verilib

17 may, 15:53

“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

17 may, 15:11

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib

17 may, 14:34

Bu universitet 345 vakansiya elan etdi

17 may, 14:19

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının nəticələri açıqlanıb

17 may, 11:44

BANM-də “Açıq qapı” günü keçirilib

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da yeni mərkəz yaradılıb

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.