Bütün xəbərlər
7 fevral, 17:53

Kollec rəhbərləri üçün 5 gündür ki, keçirilən təlim bu gün yekunlaşıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkil etdiyi təlimlər orta ixtisas təhsili müəssisələrinin idarə olunması və tədrisin təşkili, insan resursları və hüquq sahəsində təməl biliklər, maliyyə savadlılığı, təhsilin keyfiyyəti ilə bağlı mövzuları əhatə edib. 

Təlimlərə 14 orta ixtisas təhsili müəssisəsindən 16 rəhbər şəxs qatılıb. Onlar Naxçıvan da daxil olmaqla, 9 regionu əhatə edib.

Müəllimlər imtahan verib onun nəticəsi əsasında qiymətləndirildilər

EATDA-nın direktoru Ülkər Səttarova “Azərbaycan müəllimi”nə açıqlamasında təlimin məqsədini belə izah edib: 

“Orta ixtisas təhsili müəssisələrində il ərzində rastlaşdığımız boşluqları, problemləri bu yolla həll etməyə çalışırıq. Təlimləri təşkil edərkən kollec rəhbərlərinin fəaliyyətinə aid olan məsələləri müəyyən və həmin sahələr üzrə mütəxəssis-ekspertləri dəvət etdik. Müəllimlər real hadisələr əsasında çalışdılar. Hər günün sonunda imtahan verdilər və onun nəticəsi əsasında qiymətləndirildilər”.

“Kollec rəhbərlərinin liderlik keyfiyyətlərinin artırılmasına böyük ehtiyac var”, - deyən agentlik direktorunun sözlərinə görə, ilk təlimlərə vəzifəyə yeni təyin olunanlar cəlb ediliblər.
Agentlik direktoru təlimlərin bir neçə mərhələdə təşkil ediləcəyini, il ərzində azı 3-4 belə təlimin keçiriləcəyini vurğulayıb: 

“İlk təlimə 16 nəfər qatıldı. Düşünürük ki, təlimlərdə iştirakçı sayı artdıqca səmərəlilik azalır, keyfiyyət aşağı düşür. Belə tədbirlərin sayını artırmaq, əhatə dairəsini genişləndirməyi nəzərdə tuturuq. İl boyu azı 3 təlimin də olması planlaşdırılıb. Prosesin sonunda orta ixtisas təhsili müəssisələrində çalışan rəhbər şəxslərin hamısı təlimləndiriləcək”. 

“Ümumiyyətlə, bundan sonra tədbir keçirməyəcəyik, təlimyönümlü olacağıq”, - deyən Ü.Səttarova bildirib ki, EATDA artıq tədbir xatirinə tədbir deyil, öyrədici, inkişafedici təlimlər keçirəcək: “Biz insanlar üçün çalışırıq. Təşkil etdiyimiz tədbirlər də məhz pedaqoji heyətin qabiliyyətini, biliklərini inkişaf etdirməyə xidmət etməlidir. İnsanların real nəticələr əldə edə bilməyəcəyi tədbirlər keçirməyəcəyik”.

Kollec rəhbərləri üçün təşkil olunan ilk təlim nəyi ortaya çıxartdı?

EATDA-nın Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidovun fikrincə, bu təlimlərin təhsil tarixində xüsusi yeri olacaq: 

“Bu miqyasda, belə bir formatda təlim kollec rəhbərləri üçün ilk dəfə təşkil olunur. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Təlim bir çox məsələləri ortaya çıxartdı. Həmin önəmli məqamlardan biri odur ki, EATDA yalnız monitorinqlər keçirərək aşkarlanan nöqsanlara uyğun cəza tədbirləri görən qurum deyil, eyni zamanda, təhsil verən, təlim keçən, insanların bacarıqlarını, səriştələrini inkişaf etdirən qurum kimi təhsil sektorunda öz yerini tutub”.

Maliyyə və hüquq məsələləri kollec rəhbərlərinin marağına səbəb oldu

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə ötən il aprelin 30-da direktor təyin olunan Hicran Əyyubova təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı maraqlı qeydlərinin olduğunu deyib:

“Maliyyə məsələləri, kredit sistemi haqqında bir çox məsələlər mənim üçün maraqlı oldu. Maliyyə sənədləri hansı ardıcıllıqla tərtib edilməli, nələrə diqqət edilməli, hesabatlar necə hazırlanmalıdır? Məlumatım olsa da, bu qədər dəqiq, əhatəli bilgiyə sahib deyildim. Agentliyin əməkdaşı Pərviz Əliyev maraqlı məqamları bizim üçün aydınlaşdırdı. Real tapşırıqlar işlədik. Çox uğurlu təlim oldu. Mütəmadi olmasını arzulayıram”.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ramil Vəliyev “Azərbaycan müəllimi”nə bildirib ki, tədrislə bağlı indiyədək problemi olmayıb. Amma təlim mövzuları arasında maliyyə məsələlərinin də əksini tapması ürəyindən olub: 

“Mühasiblər bizə sənəd imzalatdırırlar. Nəyə imzaladığımızı bilməyimiz önəmlidir. Kadrlar üzrə işlər, invertarizasiyanın aparılması qaydalarını öyrənmək mən də daxil olmaqla, bütün direktorlar üçün çox önəmlidir”.

Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin tədris işləri üzrə müavini Xoşqədəm Xudiyeva yanvar ayından təhsil müəssisəsində direktoru əvəz edir: 

“5 gündür təlimdəyik və hər gün idarəçilik üçün vacib olan bir mövzu üzərində işlədik. Hər gün fərqli məsələlər ətrafında müzakirələrin təşkili çox maraqlı oldu. İdarəçilik çox maraqlı sahədir və bu təlimlərdə ən maraqlı məsələlər üzərində işlədik”.

1 /6

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.