
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, 130 nəfər Azərbaycan vətəndaşı 2025/2026-cı tədris ili üzrə Macarıstanın 15 nüfuzlu universitetində təhsil almaq imkanı əldə edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Macarıstan tərəfinin yekun qərarına əsasən, təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 9 nəfəri bakalavriat, 106 nəfəri magistratura, 15 nəfəri isə doktorantura səviyyəsi üzrə təhsil alacaq. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, təbiət elmləri, turizm, beynəlxalq münasibətlər, təhsil və davamlı inkişaf kimi müxtəlif ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən namizədlər əsasən “Eötvös Loránd University”, “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “University of Debrecen”, “Budapest University of Economics and Business”, “Óbuda University” və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər