Bütün xəbərlər
14 iyun, 10:50

"Əziz məzunlarımız, bu gündən həyatın yeni dövrü, məsuliyyətli, çevik qərarlar qəbul etməli olduğunuz günlər başlayır. Sizi bu həyata məktəb, müəllimləriniz hazırlayıb. Bu səbəbdən ilk növbədə sizi yetişdirən müəllimlərə təşəkkür etməliyik".

"Azərbaycanlı müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Naxçıvandakı Heydər Əliyev adına tam orta məktəbdə təşkil olunan "Son zəng" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, siz xoşbəxt şagirdlərsiniz ki, Heydər Əliyev adına məktəbin məzunlarısınız. Bunun böyük rəmzi mənası var.

"Bu məktəb artıq 21 ildir fəaliyyət göstərir. Gəlin, 21 il öncəyə nəzər salaq. 21 il öncə torpaqlarımız işğal altında idi. Beynəlxalq arenada bu faktla barışmağa, mübarizəmizi dayandırmağa, bunu qəbul etdirməyə çalışırdılar. Lakin bu gün biz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, suverenliyini qazanmış bir ölkədə yaşayırıq. Bu tarix hər birimiz üçün bir dərs, həyat nümunəsidir.

Bizim milli ideyaya, milli missiyaya bağlılığımız da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər siz həyatda uğura nail olmaq istəyirsinizsə, bunun üçün Ulu Öndərin həyatından gözəl nümunə ola bilməz.

Onun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz sayəsində, şəhidlərimizin canı, qanı bahasına torpaqlarımız işğaldan azad olunub.

Bu gün Xankəndidə, Xocalıda, Şuşada, Cəbrayılda da məzunlarımız var. Onlar "Son zəng" tədbirlərini öz doğma yurd yerlərində qeyd edirlər.

Bilikli, bacarıqlı gənclərin yetişməsində məktəbin, müəllimlərin üzərinə böyük missiya düşür. Bu gün məzun gününə yığışdığımız bu məktəbdə bir neçə ay sonra “Bilik günü” qeyd olunacaq. Beləliklə, proses davam edəcək. Bu işi biz hər il daha yaxşı görə bilsək, düşünürəm ki, qısa müddətdə böyük nəticələr əldə etmiş olacağıq. Bura qədər gəldiyimiz yol sübut edir ki, biz bunun öhdəsindən gələ bilərik.

Bu gün təhsil sahəsində böyük islahatlar aparılır, müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Müəllimlərin əməkhaqqı islahatı, təlimi, karyera yüksəlişi ilə bağlı görülən işlər təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradır.

Əziz məzunlar, ali təhsil növbəti mərhələ, yeni bacarıqlara nail olmaq üçün bir imkandır. Xüsusilə son illərdə ali təhsil müəssisələrinə qəbul olanların sayı artmaqdadır. İnanıram ki, istər Naxçıvanda, istər ölkəmizin digər yerlərində və ya ölkə xaricində təhsilini davam etdirən gənclərimiz səriştəli, peşəkar kadrlar olaraq dövlətimizə xidmət edəcəklər.

Hər birinizə uğurlar arzu edir, müvəffəqiyyətlərinizin davamlı olmağını arzu edirəm".

Şərhlər

Xəbər lenti

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 12:19

Elxan Nəcəfov: Şagirdlərimizin nəticələrində müsbət dinamika müşahidə olunur

14 iyun, 11:15

"Zəkalar" liseyində “Son zəng” tədbiri keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.