Bütün xəbərlər
14 iyun, 13:41

Bu gün Azərbaycanın bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçirilir.

“Azərbaycan müəllimi” bu təhsil müəssisələrindən birində - Bakı şəhəri Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə təşkil olunan “Son zəng” tədbirində iştirak edib. 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, məzunlar və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Məktəbin direktoru Lətifə Əzimova açılış nitqi ilə çıxış edərək məzunları təbrik edib, valideyn və müəllimlərin zəhməti ilə yetişən bu nəslin ölkənin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxışında qeyd edib ki, bu günün məzunları ölkənin bugünkü inkişafının canlı şahidləridir və dövlətin yaratdığı imkanlarla dünyanın istənilən yerində təhsil alaraq Azərbaycanı layiqincə təmsil edə bilərlər.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli isə çıxışında vurğulayıb ki, dövlətimiz hər zaman gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır. Onun sözlərinə görə, 2022-ci ildə 54 min məzun ali təhsil müəssisəsinə qəbul olunmuşdusa, bu il 75 min məzun ali təhsil müəssisələrinə qəbul ola biləcək.

O bildirib ki, bu gün ölkə üçün xüsusi əhəmiyyət daşıyan gündür: “Təkcə Bakıda deyil, Qarabağda da 3 məktəbdə “Son zəng” tədbirləri keçirilir. Hazırda Qarabağda 20 məktəb fəaliyyət göstərir və 3000-dən çox şagirdimiz orada təhsil alır”.

Müəllim və valideynlərin əməyinə diqqət çəkən Mətin Kərimli məktəbin yalnız bilik deyil, vətənpərvərlik, milli dəyərlər və insani keyfiyyətlərin də aşılandığı məkan olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində məzunların ifasında musiqi nömrələri, şeirlər və kompozisiya nümunələri təqdim olunub.

Şərhlər

Xəbər lenti

8 iyul, 14:58

Qabiliyyət imtahanları davam edir

8 iyul, 14:37

İngilis dili müəllimlərinin MİQ sınağı: “Bir az da çalışıb pik həddə çatacağam”

8 iyul, 14:08

Həmkarlar İttifaqının yollayışını necə almaq olar? – AÇIQLAMA

8 iyul, 13:52

Peşə mərkəzində “Azərsilah"ın əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

8 iyul, 13:47

Cazla böyüyən yeniyetmə: Musiqi təhsil yolumu daha da zənginləşdirir

8 iyul, 13:33

NDU-da üç yeni informasiya sistemi yaradılıb

8 iyul, 13:31

9 və 11-ci sinfi fərqlənmə attestası ilə bitirənlərin sayı açıqlanıb

8 iyul, 13:04

O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

8 iyul, 12:49

Bu gündən məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

8 iyul, 12:46

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib

8 iyul, 12:43

Sabahın hava proqnozu açıqlanıb

8 iyul, 12:04

MİQ-də metodika üzrə sualların çətinliyi ilə bağlı iddialara RƏSMİ MÜNASİBƏT 

8 iyul, 10:57

Vəfa Yaqublu: 70 minə yaxın müraciətin olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir

8 iyul, 10:55

Kiçik sahibkarların böyük ideyaları: Mingəçevirdə fərqli yay tətili

8 iyul, 10:05

Magistraturaya qəbul imtahanında 32 nəfər 90 baldan yuxarı toplayıb

8 iyul, 10:04

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

8 iyul, 09:53

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

8 iyul, 09:26

“Parla”nın iştirakçıları “Müsahibə bacarıqları” təlimində iştirak ediblər

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.