Bütün xəbərlər
4 avqust, 15:05

Əlavə təhsil insanların fasiləsiz təhsil almasını təmin etməklə yanaşı, onların daim dəyişən əmək bazarına uyğunlaşmasına, intellektual və peşə bacarıqlarının artırılmasına xidmət edən mühüm təhsil formasıdır. Bu istiqamətdə Mingəçevir Dövlət Universitetində ciddi tədbirlər həyata keçirilir və universitet əhalinin ehtiyaclarını nəzərə alaraq əlavə təhsil proqramlarına xüsusi önəm verir.
“Azərbaycan müəllimi” qəzeti universitetdə ikinci təhsil almaq üçün yaradılan imkanlarla bağlı Tədris şöbəsinin müdiri Şahin Maşayevlə görüşərək söhbət edib.

İkinci təhsil üçün qeydiyyat prosesi davam edir

Şahin Maşayev qeyd etdi ki, hazırda universitetdə ikinci təhsil almaq istəyənlər üçün qeydiyyat aparılır, bu proses avqustun sonuna qədər davam edəcək. O, müraciətlərin sayının kifayət qədər yüksək olduğunu vurğuladı. Qeyd edib ki, müraciətlərin sayı planlaşdırılandan çox olarsa, namizədləri müsahibə mərhələsinə cəlb etməyi nəzərdə tuturlar. 

Dərslər işləyən tələbələrin iş qrafikinə uyğun olacaq

Şahin Maşayev bildirib ki, ikinci təhsil proqramına müraciətlərin yüksək olması insanların yenidən təhsilə maraq göstərməsinin müsbət göstəricisidir:

"Bu, vətəndaşlarımızın daim inkişaf etmək istəyinin əlamətidir və cəmiyyətimizin ümumi intellektual potensialını yüksəldir. Universitet olaraq qeydiyyat prosesinin sonuna qədər müraciətlərin daha da artacağını gözləyirik və hər bir müraciət edənin bu fürsətdən yararlanmasına şərait yaradacağıq".

Şahin Maşayev əlavə etdi ki, ikinci təhsil almaq istəyən şəxslərin əksəriyyəti artıq müxtəlif sahələrdə çalışan insanlardır:
"Bu səbəbdən onların iş rejiminə uyğun olaraq dərslərin axşam saatlarında keçirilməsi nəzərdə tutulub. Tədris prosesi saat 18:00-dan sonra başlayacaq ki, bu da işləyən tələbələr üçün münasib olacaq".

Ən çox müraciətlər energetika və iqtisadiyyat sahələrinədir

Universitet rəsmisi xüsusi vurğuladı ki, bu il ən çox müraciətlər energetika və iqtisadiyyat sahələri üzrədir:
"Mingəçevir şəhərinin sənaye və enerji potensialını nəzərə alaraq, bu sahələr üzrə ikinci təhsilə müraciətlərin çox olması təəccüblü deyil. Energetika üzrə təhsil alan şəxslər daha çox şəhərimizin enerji sənayesində çalışan mütəxəssislərdir və bu, regionda energetika sahəsinin inkişafına müsbət təsir edəcək. İqtisadiyyat sahəsinə marağın yüksək olması isə onu göstərir ki, tələbələr öz karyeralarını daha geniş perspektivlərə yönəltmək istəyirlər. Universitet olaraq biz də bu sahələr üzrə təhsil proqramlarımızı daim yeniləyir və əmək bazarının tələblərinə uyğunlaşdırırıq".

Şöbə müdiri əlavə təhsil proqramlarının əhatə dairəsindən də danışaraq universitetdə bu istiqamətlərin getdikcə genişləndiyini qeyd etdi:

"Əlavə təhsil yalnız ikinci ali təhsillə məhdudlaşmır. Universitetimizdə ixtisasartırma, yenidənhazırlanma, təkrar ali və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərində müxtəlif proqramlar təklif olunur. Məqsədimiz bütün yaş kateqoriyalarından olan insanların yeni bilik və bacarıqlar qazanmasına kömək etməkdir".

Şərhlər

Xəbər lenti

4 avqust, 18:19

ARTİ riyaziyyat olimpiadası ilə bağlı məsələyə münasibət bildirdi

4 avqust, 18:07

Süni intellekt əsaslı neyron şəbəkə texnologiyalarının təhsil proseslərinə təsiri

4 avqust, 18:02

Fuad Qarayev: İki şagirdimizin ilk 100-lükdə yer alması sistemli yanaşmanın nəticəsidir

4 avqust, 16:55

TKTA 3 peşə üzrə nəzəri imtahan keçirib

4 avqust, 16:43

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ!

4 avqust, 15:51

20 məktəbdənkənar müəssisənin rəhbərinə intizam tənbehi verilib

4 avqust, 15:43

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

4 avqust, 13:00

Ən çox müraciət olunan istirahət və müalicə mərkəzləri

4 avqust, 12:53

DP-yə qəbulla bağlı növbəti siyahı bu ilin sonunadək açıqlanacaq

4 avqust, 12:49

“Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

4 avqust, 12:40

Yeni təyin olunan kollec direktorları kollektivə təqdim ediliblər

4 avqust, 12:36

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib

4 avqust, 12:23

Turan Topalova: Ehtiyat siyahıdakı namizədlər də proqramdan yararlana bilərlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.