Bütün xəbərlər
4 avqust, 12:49

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

DİM-dən “Azərbaycan müəllimi” bildirilib ki, bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və “Jurnalistika” ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

DİM-in elektron imtahanlar korpusunda imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mərkəzin əməkdaşları, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurası və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 250-dən çox mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.

İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra 4-5 gün ərzində elan olunacaq.

İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

1 /3

Şərhlər

Xəbər lenti

4 avqust, 16:43

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ!

4 avqust, 15:51

20 bağça rəhbərinə intizam tənbehi verilib

4 avqust, 15:43

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

4 avqust, 15:05

MDU-da əlavə təhsil almaq istəyənlər üçün müsahibə keçirilə bilər

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

4 avqust, 13:00

Ən çox müraciət olunan istirahət və müalicə mərkəzləri

4 avqust, 12:53

DP-yə qəbulla bağlı növbəti siyahı bu ilin sonunadək açıqlanacaq

4 avqust, 12:40

Yeni təyin olunan kollec direktorları kollektivə təqdim ediliblər

4 avqust, 12:36

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib

4 avqust, 12:23

Turan Topalova: Ehtiyat siyahıdakı namizədlər də proqramdan yararlana bilərlər

4 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

4 avqust, 12:05

Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA

4 avqust, 11:15

Dövlət qayğısının təzahürü olan sənədlər

4 avqust, 10:54

BSU-nun Təhsil fakültəsi müasir mütəxəssislər hazırlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.