Bütün xəbərlər
4 avqust, 12:40

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrlərinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsinə təyin olunan Mübariz Hacıbəyov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru vəzifəsinə təyin olunan Amalya Sezgin kollektivə təqdim ediliblər.

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təqdimat görüşlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məsul şəxsləri iştirak ediblər. Görüşlər zamanı yeni təyinatların kolleclərdə kadr islahatının vacib mərhələsi olduğu, təhsil müəssisələrində müasir yanaşmaların və strateji idarəetmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Mübariz Hacıbəyov ali təhsilini Bakı Dövlət Universitetində başa vurub. 2017-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. O, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsinədək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.

Amalya Sezgin bakalavriat təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə ABŞ-nin Corc Vaşinqton Universitetində tamamlayıb. Daha sonra Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramı üzrə ikinci magistratura təhsilini alıb. 2023-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində baş müəllim kimi fəaliyyət göstərir. Hazırda Bakı Slavyan Universitetində doktorantura təhsilini davam etdirir.

1 /3

Şərhlər

Xəbər lenti

4 avqust, 16:43

Rezidenturanın 2-ci mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

4 avqust, 15:51

20 bağça rəhbərinə intizam tənbehi verilib

4 avqust, 15:43

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

4 avqust, 15:05

MDU-da əlavə təhsil almaq istəyənlər üçün müsahibə keçirilə bilər

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

4 avqust, 13:00

Ən çox müraciət olunan istirahət və müalicə mərkəzləri

4 avqust, 12:53

DP-yə qəbulla bağlı növbəti siyahı bu ilin sonunadək açıqlanacaq

4 avqust, 12:49

“Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

4 avqust, 12:36

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib

4 avqust, 12:23

Turan Topalova: Ehtiyat siyahıdakı namizədlər də proqramdan yararlana bilərlər

4 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

4 avqust, 12:05

Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA

4 avqust, 11:15

Dövlət qayğısının təzahürü olan sənədlər

4 avqust, 10:54

BSU-nun Təhsil fakültəsi müasir mütəxəssislər hazırlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.