Bütün xəbərlər
27 may, 12:35

Bir neçə gün əvvəl Bərdədə keçirilən tədbirdə iştirak etmək üçün buraya yollanmışdım. Gecikməmək və maraqlı məqamları diqqətdən qaçırmamaq məqsədi ilə məkana – Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə təyin edilmiş vaxtdan əvvəl çatmışdım. Böyük, böyük olduğu qədər də səliqəli idi. Mərkəzə daxil olmazdan əvvəl tələbələrin yoxlanışından düşündüm ki, yəqin imtahan var. Qapıda duran əməkdaş marağımı görərək bildirdi ki, tələbələr hər gün yoxlanışdan keçirilərək binaya buraxılır.

Nəhayət, mən də mərkəzə daxil oldum. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlər sertifikatlarını almaq üçün yavaş-yavaş toplaşırdı. Aralarında gənc, orta, eləcə də yaşlı nəslin nümayəndələri var idi. Bəziləri sevincli, bəziləri həyəcanlı, bəziləri də sərbəst idi. Əslində, foyedə o baş-bu başa getmələrindən həyəcanlarını aydın görmək olurdu. Fərqli rayonlardan olan bu şəxslər o qədər doğmalıqla bir-birinə yanaşır, söhbət edir, gələcək planlarından danışırdılar ki, sanki bu təlimlərdən çox-çox əvvəl tanış olublar. Ancaq maraqlananda gördüm ki, yox, təlimlər dövründə yaranıb doğmalıqları.

Gözlədikləri an gəlmişdi, onların həyatında yeni mərhələ açacağını düşündükləri sertifikatlar təqdim olunmuşdu. Tədbir yekunlaşmışdı. Hər kəs öz əziyyətinin bəhrəsini bağrına basıb fotolarını telefonların yaddaşına köçürürdü.

Məcburi köçkün adından qurtulmuş, yiyələndikləri peşələrlə yenidən qurulan ərazilərimizdə fəaliyyət göstərmək fikri bu soydaşlarımıza ayrı bir zövq verirdi. 

“Laçına geri döndükdən sonra peşəkar fəaliyyətimi daha da artıracağam”

Hələ tədbir davam edərkən bir neçə nəfəri diqqətimdə saxlamışdım. Tədbirdən sonra onlardan müsahibə alacaq, fikirlərini dinləyəcəkdim. Qəfil tələsə-tələsə "ay xanım, axşam özümüzü görmək üçün hansı saytı izləyək?"- deyən bir nəfər mənə yaxınlaşır. Çox gəncdir. Sevincli halda ünvanladığım sualları bir-bir cavablayır. 

Samir Nəsibli burada bərbərlik üzrə peşə təhsili alıb. Bərdə rayonunda yaşasa da, əslən Laçındandır. Deyir ki, təlimlərə sosial şəbəkələrdəki paylaşımları izlədikdən sonra qatılıb:

"Kurslarda bizə çox dəstək oldular, işi detallı şəkildə öyrətdilər. Karyera yolumda ilk addımlarımdır. Laçına geri döndükdən sonra peşəkar fəaliyyətimi daha da artıracağam. Bərbərlik seçdiyim peşədir. Peşəmizə sevgi aşıladıqlarına, eyni zamanda, göstərdikləri qayğıya görə təşkilatçılara dərin təşəkkürümü bildirirəm".

Sevinirəm ki, yiyələndiyimiz peşə təhsili ilə abadlaşan torpaqlarımızda biz də fəaliyyət göstərəcəyik”

Təlimi uğurla başa vuran növbəti müdavim Ağdərədən məcburi köçkün olan Ayna Quliyevadır. 

"Məzunluq hissini ikinci dəfə yaşayıram. Özümlə bərabər bütün müdavimlərə də uğurlar arzulayıram. Sevinirəm ki, yiyələndiyimiz peşə təhsili ilə abadlaşan torpaqlarımızda biz də fəaliyyət göstərəcəyik. Təlimlər qısamüddətlidir, amma böyük və əhəmiyyətli izlər buraxır. Məsələn, yeni tanışlar qazanır, bizimlə eyni acını bölüşən insanlarla həmsöhbət oluruq. Həm təhsil alır, həm də yoldaşlıqlar qazanırıq".

“Peşəmlə bağlı rəsmi sənədim yox idi”

Ağdamdan olan Habil İsmayılov da sertifikat alan həmsöhbətimizlərdən biridir:

"Məcburi köçkünlüklə əlaqədar Bərdə şəhərində məskunlaşmışıq. 12 ildir ki, bərbər kimi fəaliyyət göstərirəm. Ancaq, necə deyim, peşəmlə bağlı rəsmi sənədim yox idi. Yaşadığım rayonda belə təlimlərin keçirildiyini eşitdim. Mən də qatıldım. Elə öz sənətimin təlimlərinə qoşuldum. Bu gün də uğurla bitirib sertifikatımı almışam".

Söhbətimi yekunlaşdırıb tədbir otağını tərk edərkən ayrılıqda müsahibə vermək istəməyən bir qrup xanım da mənə yaxınlaşaraq sevincini paylaşır və tədbirdən xatirə fotosu çəkdirərək onların həyatı üçün önəmli olan bu anı əbədiləşdirirlər. 

Şərhlər

Xəbər lenti

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin əsaslı təmirdən sonra açılışı olub

15 sentyabr, 15:50

BSU təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 13:01

Məleykə Abbaszadə "Bilik günü" münasibətilə təbrik ünvanlayıb

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.