Bütün xəbərlər
12 may, 14:00

Bir il əvvəl verilmiş bir proqnoz reallığa çevrilib: Lerik şəhəri M.Bağışov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sübhan Seyfullazadə “Ən yaxşı təqdimat” müsabiqəsində III dərəcəli diploma layiq görülərək uğur qazanıb. Bu uğur təkcə onun deyil, eyni zamanda, gənclərin potensialına inananların da qələbəsi oldu.

Xatırladaq ki, Lənkəran–Astara Regional Təhsil İdarəsinin 2024-cü ilin aprel-may ayları üzrə hesabat videosunu təqdim edənlərdən biri məhz Sübhan idi. Sözügedən videonun sonunda “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən biri olan Xədicə Məhərrəmzadə Sübhanın da gələcəkdə qalib olacağını inamla bildirmişdi. Nə yaxşı ki, bu inam bir ildən sonra gerçəyə çevrildi.

“Bu qələbə mənim üçün xoşbəxtlikdir ”

Müsabiqənin nəticələri açıqlanandan sonra söhbət etdiyimiz Sübhan sevincini “Azərbaycan müəllimi” ilə belə bölüşdü:

“Bu qələbə mənim üçün xoşbəxtlik, uğur və böyük bir təcrübə deməkdir. Uğurum mənə daha böyük nailiyyətlərə imza atmaq üçün stimul verdi”.

Sübhan müsabiqəyə qatılmaq qərarını hələ daha kiçik olarkən verdiyini bildirib:

“Desəm ki, 1-ci sinifdən oxuyanda bu qərara gəlmişdim, bəlkə də bir az təəccüblənərsiz. Bilirsiniz niyə? Həmin ilin may ayında Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ”Ən yaxşı təqdimat” müsabiqəsinə hazırlaşanlar arasında mənim qardaşım da var idi. Qardaşımın bu müsabiqədə ardıcıl qazandığı II və III dərəcəli diplomlar mənə böyük stimul verdi. Həmin vaxt qərara aldım ki, mən də bu müsabiqəyə qatılacağam. 8 ildən sonra bu yarışmada iştirak etmək mənə qismət oldu və mən qalib seçildim”.

Sübhan müsabiqədə “Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində rolu” mövzusu ilə çıxış edib:

“Mövzu seçimi sərbəst deyildi, biletlə verilirdi. Mənə bu mövzu düşdü və bacardığım qədər onu əhatə etdim. Təbii ki, həyəcan da var idi. Hazırlıq prosesi həqiqətən əziyyətli, çətin, bir o qədər də maraqlı və məsuliyyətli keçdi. Ən çətini isə IX sinif buraxılış imtahanına, “Ən yaxşı təqdimat” müsabiqəsinə və Uşaq İncəsənət Festivalına eyni anda hazırlaşmaq idi. Təqdimat edərkən isə ciddi çətinlik yaşamadım”.

Xədicənin inamı və ailənin dəstəyi

Sübhan Xədicə ilə musiqi məktəbində birlikdə oxuduqlarını və onun inamının böyük rol oynadığını da vurğulayır:
“Xədicə ilə eyni orta məktəbdə oxumasam da, musiqi məktəbində bir yerdə təhsil almışıq. Onun bilik və bacarığına, istedadına bələd olduğum üçün inanırdım ki, bu müsabiqədən rayona qalib kimi qayıdacaq. O da mənim qalib olacağıma inanırdı. Mənə stimul verən ilk növbədə ailəm, müəllimlərim, yaxın qohumlarım, Xədicə və digər dostlarım oldu. Onların inamını bacardığım qədər doğrultdum və mənə dəstək olan hər kəsə, xüsusilə anama dərin təşəkkür edirəm”.

Sübhan təqdimatında əsas fikirləri belə ifadə edir:

“Ulu Öndərin dediyi kimi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, əbədi olması bundan da çətindir”. O, “Ömrümün qalan hissəsini də xalqa bağışlayıram” andı ilə xalqın məsuliyyətini öz çiyninə götürdü və ömrünün sonuna kimi millət atası kimi bu andına sadiq qaldı. Beləliklə, 1920-ci ildə süqut etmiş demokratik cümhuriyyətimizin varisi olan ölkəmizin ikinci dəfə əldə etdiyi müstəqilliyi əbədiyyət yoluna çıxartdı… Bu gün mən “Dəmir yumruq” ətrafında birləşən, üzüağ, alnıaçıq, qəhrəman bir millətin nümayəndəsi olmağımdan qürur duyuram! Heydər Əliyevin şərəfli həyat yolunu və zəngin siyasi irsini dərindən öyrənmək müstəqil Azərbaycanda yaşayan hər bir gəncin borcudur. Düşünürəm ki, Ulu Öndər öz həyatını və ailəsini riskə ataraq böyük əziyyətlə qurduğu müstəqil Azərbaycan dövlətini biz gənclərə əmanət etdi. Biz də Vətənimizi göz bəbəyimiz kimi qorumalıyıq”.

Gələcək planlar və məqsədlər

“Düşünürəm ki, uğur uğurun ardınca gələcək. Bunun üçün də əziyyət çəkməliyəm. Ən böyük arzum ali məktəbə qəbul olmaq və istədiyim ixtisas üzrə təhsil almaqdır. Əlbəttə ki, təqdimatlar və layihələr barədə də düşünürəm. Hər bir şagirdə tövsiyəm budur ki, belə müsabiqələrdə iştirak etsin. Çünki burada yalnız qazanmaq mümkündür, itirilən heç nə yoxdur. Bu yolda irəliləmək özü bir qalibiyyətdir”.

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.