Bütün xəbərlər
11 aprel, 09:55

“Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması alternativ maliyyə mexanizmlərinin əldə edilməsinə və elmi resurslardan daha səmərəli işlənməsinə əsas verəcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamla bağlı danışarkən deyib. 

O bildirib ki, Sərəncama əsasən, nazirliyin tabeliyində olan yaxın istiqamətlər üzrə fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur: “Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Sərəncamı imzalanıb və nəticədə Elm və Təhsil Nazirliyinin tabeliyindəki bir sıra elmi institutlar birləşdiriləcək və onların əsasında yeni ixtisaslaşmış 8 İnstitut yaradılacaq. Fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək. ”Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat birliklərinin fəaliyyəti dayandırılacaq”.

Millət vəkili vurğulayıb ki, Polimer Materialları İnstitutunu Sumqayıt Dövlət Universitetinə, Gəncədə yerləşən dörd institut Gəncə Dövlət Universitetinə, Naxçıvanda yerləşən üç müəssisə isə Naxçıvan Dövlət Universitetinə veriləcək: 

“Bu isə elm və təhsilin inteqrasiyasını daha da sürətləndirəcək. Həmçinin beynəlxalq standartlara uyğun iki yeni elmi müəssisənin yaradılması da planlaşdırılır. Təbii ki, elmi idarəetmədə yeni müstəvi açacaq islahat yönümlü dəyişikliklər elm sahəsində ixtisaslaşmanın güclənməsinə, müasir elmi-tədqiqat mühitinin formalaşmasına və resursların daha da məqsədyönlü idarə olunmasına, dövlət büdcəsindən səmərəli istifadə edilməsinə imkan verəcək”.

O qeyd edib ki, Sərəncamdan irəli gələn tədbirlər institutlararası əməkdaşlığa, elmi-tədqiqat sahələrinin müasirləşməsinə, elmi yaradıcılıq üçün şəraitin yaradılmasına, effektivliyin artırılmasına, alim əməyinin daha da yüksək qiymətləndirilməsinə, gənc alimlərin dəstəklənməsinə, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq: “Elm sahəsində islahat elm və təhsil sahəsi ilə yanaşı, elm və istehsalat sahəsində də inteqrasıyanı, bərabər effektiv fəaliyyəti və idarəetməni gücləndirəcək. Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.