Bütün xəbərlər
4 iyun, 10:23

Təhsil İnstitutu “Müasir metodist” layihəsi çərçivəsində müxtəlif regionların ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistələrə peşəkar dəstək məqsədilə vebinar təşkil edib.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, 29 may tarixində keçirilən “Dinləyib-anlama bacarıqları” adlı vebinarın əsas məqsədi metodistlərə şagirdlərdə dinləmə bacarıqlarının inkişaf etdirilməsi yolları və tətbiqi üsullarının öyrədilməsi olub. Tədris prosesində dinləmədən əvvəl, dinləmə zamanı və dinləmədən sonra edilə biləcək tapşırıqların yerinə yetirilməsi qaydaları səviyyələndirilərək (asan, orta, çətin), mərhələli şəkildə izah edilib. Müəllimlərə dinləmə bacarıqlarını effektiv şəkildə tədris etmək üçün praktik və yaradıcı alətlər təqdim olunub.

Vebinarın davamında müəllimlərə dinləmə mətni təqdim olunub və mətn əsasında iş aparılıb. Metodistlər şagirdlərin mövzuya marağını artırmaq, mövzunu proqnozlaşdırmaq və zehni hazırlıq yaratmaq məqsədilə dinləmədən əvvəl, dinləmə zamanı, və dinləmədən sonrakı prosesə aid nümunə tapşırıqları hazırlayıb, müzakirə aparıblar.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən vebinarlar metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına yönələn mühüm təşəbbüslərdəndir.

Layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.