Bütün xəbərlər
25 iyun, 15:25

Ölkədə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, Naxçıvan şəhərində fəaliyyət göstərən Qızlar Liseyinin məzunu Sehrin Cəfərova Muxtar Respublika üzrə ən yüksək nəticəni əldə edib. O, imtahanda ümumilikdə 690 bal toplayıb.

"Azərbaycan müəllimi" ilə həmsöhbət olan Sehrin yüksək bal topladığı üçün çox sevincli olduğunu və ailəsinin onunla fəxr etdiyini deyir. Onun uğurları bununla bitmir:

"11-ci siniflə yanaşı, 9-cu sinfi də fərqlənmə attestatı ilə bitirmişəm. Bir çox olimpiadalarda iştirak edərək sertifikatlar, diplomlar əldə etmişəm. 2024-cü ildə Amerika Riyaziyyat Olimpiadasında (AMO) olimpiadasında qızıl, 2025-ci ildə SASMO olimpiadasında gümüş medal qazanmışam".

Məzun deyir ki, imtahanlara planlı şəkildə hazırlaşıb: "Sınaq imtahanlarında iştirak da bu məsələdə çox əhəmiyyətlidir. Uğura gedən yolda ailəmin, müəllimlərimin dəstəyi əvəzolunmazdır".

Sehrin əlavə edib ki, uğur qazanmaq üçün çox oxumaq yox, düzgün şəkildə oxumaq lazımdır.

Onun sözlərinə görə, hər bir abituriyent öz potensialına uyğun plan qurmalı, vaxtdan səmərəli istifadə etməlidir:

"Mən gün ərzində dərsləri bölüşdürərək çalışırdım. Ən çətin mövzuları səhərlər, diqqətimin daha yüksək olduğu vaxtlarda oxuyurdum. Dəstək olan müəllimlərimin rolu böyükdür. Onların motivasiyalı yanaşması, izah etdikləri dərslər imtahanda uğur qazanmağıma ciddi təsir göstərdi".

Sehrinin uğurlarında valideynlərinin də rolu diqqətəlayiqdir. O deyir ki, ailəsi hər zaman onun yanında olub, ruhdan düşməsinə imkan verməyib:

"Ailəm daim mənə güvəndi. Onların mənə inamı və verdiyi mənəvi dəstək bu yolda motivasiyamı artırdı. Uğur yalnız şəxsi səylə deyil, ətrafındakı insanların müsbət təsiri ilə də formalaşır".

Uşaqlıqdan kimya dərsinə xüsusi həvəs göstərdiyini deyən Sehrinin ən böyük arzusu Bakı Ali Neft Məktəbində təhsil alaraq kimya mühəndisi olmaqdır. O, gələcəkdə bu sahədə dərin biliklər əldə edib, ölkənin sənaye və elmi inkişafında iştirak etmək istəyir:

"Məqsədim təkcə yaxşı təhsil almaq deyil, həm də bu biliklərlə cəmiyyətə fayda verməkdir. Kimya sahəsi daim yenilənən, araşdırma tələb edən bir sahədir və bu məni cəlb edir. Gələcəkdə elmi layihələrdə iştirak etmək, innovativ həllər təqdim etmək arzusundayam".

Sehrin Cəfərova kimi gənclər Azərbaycan təhsil sisteminin və müəllim əməyinin real nəticələrini göstərir. Onun timsalında bir daha aydın olur ki, sistemli hazırlıq, düzgün istiqamət və mənəvi dəstək olduqda uğur qaçılmazdır.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.