Bütün xəbərlər
6 may, 22:42

Mayın 5-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyununun başa çatması münasibətilə tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib. 

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edib, bu cür yarışların gənclərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Vətənimizin hər yerində qürurla dalğalanan şanlı Zəfər bayrağımıza, toxunulmaz sərhədlərimizə məhəbbət hissinin aşılanmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını qeyd ediblər.

Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 45 rayondan 165 məktəbin 825 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 28-dən may ayının 5-dək final mərhələsində mübarizələrini davam etdirib.

Komandalar “Sərhəd pozucusunun yaхalanması və təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralılara yardımın göstərilməsi və təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Sıra hazırlığı”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və “Hərbiləşdirilmiş estafet” üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Mingəçevir şəhərinin “Qartal” komandası isə üçüncü yeri tutub.

Tədbirin sonunda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici mükafatlar təqdim edilib.

1 /10

Şərhlər

Xəbər lenti

7 may, 21:37

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının qalibləri açıqlanıb

7 may, 19:35

Özbəkistanın rəsmi nümayəndəsi Təhsil Muzeyi ilə tanış olub

7 may, 17:49

ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib

7 may, 17:48

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

7 may, 17:30

“Əziyyətimin bəhrəsini görmək qürurvericidir” – Olimpiada qalibinin uğurlu hekayəsi

7 may, 17:26

IV, VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunacaq

7 may, 16:56

Bakı və Rabatın beş məktəbi qardaşlaşacaq

7 may, 16:53

“WorldSkills Azerbaijan” yarışına qeydiyyat davam edir

7 may, 16:49

Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub

7 may, 16:47

AzMİU-da “Urban” adlı yaradıcılıq sərgisi açılıb

7 may, 16:36

UNEC-də XVI Karyera Yarmarkası keçirilib

7 may, 16:35

BMU tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub

7 may, 16:05

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

7 may, 15:50

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat müddəti uzadılıb

7 may, 15:43

Dağlıq Şirvanda PISA tədqiqatı keçirilib

7 may, 15:20

ABŞ-nin ən böyük hakatonlarından birinin rəhbəri azərbaycanlı tələbə olub – FOTO

7 may, 15:05

Şagirdlərin ünsiyyət bacarıqlarını necə inkişaf etdirək?

7 may, 14:44

Rektor: Azərbaycanın uğurları beynəlxalq auditoriyaya çatdırılır

7 may, 14:38

Fəlsəfə doktorları professor adı üçün AAK-a birbaşa müraciət edə bilərlər

7 may, 14:01

BSU rektoru: Süni intellekt təhsil sahəsinə də təsir göstərir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.