Bütün xəbərlər
25 iyun, 10:10

İyunun 24-də Naxçıvan Dövlət Universitetinin (NDU) sayca 55-ci “Məzun günü” keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə universitetin rəhbər və akademik heyəti, fəxri məzunlar, ziyalılar, ictimai şəxslər, tələbələr və valideynlər olmaqla dörd mindən artıq şəxs iştirak edib. Tədbir tanınmış teleaparıcı Abbasağa Əlizadənin təqdimatında “Bizik sabahın səsi” adlı musiqi nömrəsi sədasında universitetin tanıtım videoçarxının nümayişi ilə başlayıb. Sonra musiqi sədaları altında təntənəli məzun keçidi ilə davam edib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət gənclər siyasətindən bəhs edib, sabahımız olan gənclərin əsas prioritetlərdən biri olaraq xüsusi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Məzunları təbrik edən rektor Elbrus İsayev deyib: “Yarım əsr yaşı olan Naxçıvan Dövlət Universiteti zəngin inkişaf yolu keçib. 1967-ci ildə cəmi 3 ştatda olan müəllim, 3 ixtisas, 102 tələbə ilə fəaliyyətə başlayıb. Bu gün isə ölkədə kampuslu universitet olub 108 hektarlıq ərazidə 10 fakültə, 45 kafedra, 524 nəfərlik professor-müəllim heyəti,12 minə yaxın tələbə kontingenti ilə fəaliyyət göstərir. NDU nəzdində 3 kollec, 1 Beynəlxalq Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya, 2 tədqiqat institutu, 1 rəsədxana var. Müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi kimi Muxtar Respublikada yeganə universitet olaraq 4 istiqamətdə 250-ə yaxın proqram üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayır. Universitetin inkişaf strategiyasında elmin inkişafını dəstəkləyən hədəflər müəyyənləşdirilib, Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar açılıb, beynəlxalq əməkdaşlıqlar gücləndirilib”.

Rektor Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətləri çərçivəsində ikili diplom layihələri icra edilir, tədrisə, tədqiqata cəlb edilən əcnəbi professor sayı davamlı artır və birgə elmi tədqiqatlar həyata keçirilir. Universitetdə tələbəyönümlü təhsil sistemi tətbiq edilir, dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələr qurulur, 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə ilə ölkə universitetləri arasında ön sırada qərarlaşır.

Naxçıvan Dövlət Universitetinin tələbələrinin təhsil göstəriciləri ilə yanaşı, elmi fəaliyyətləri, startap təşəbbüsləri, könüllülük və ictimai fəallıqları ilə də fərqləndiyini qeyd edən rektor, onların beynəlxalq konfranslarda, tələbə təşkilatlarında, sosial layihələrdə qazandıqları uğurlardan söz açıb. Elbrus İsayev qeyd edib ki, 2025-ci il NDU nəzdində olan təhsil müəssisələri ilə birgə ümumilikdə 2313 nəfər məzun təhsilini uğurla başa vurur. Ötən illə müqayisədə 5% artım olub və NDU tarixində  təhsil ocağının ən çox məzun verdiyi il olaraq tarixə düşür. Eyni zamanda, son 5 ilin göstəricilərinin təhlilinə əsasən, universitet məzunlarının 73%-i əmək bazarında ixtisaslarına uyğun vəzifələrdə çalışır. Tələbələrin qazandığı uğurların universitetin inkişaf strategiyasının ən böyük göstəricisi olduğunu qeyd edən rektor məzunlara yüksəkixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar olmağı arzu edib.  

Ardınca NDU nəzdindəki Musiqi Kollecinin təqdimatında “Atəşgah” adlı rəqs nömrəsi nümayiş olunub. NDU-nun “ALABANDA” rok qrupunun ifası səsləndikdən sonra, təhsil müddətində ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən məzunlara sertifikat və hədiyyələr təqdim edilib,  “Məzun kötüyünə” xatirə lövhəsi vurulub.
Tədbirdə Bakıdan dəvət olunmuş “Mardan” qrupunun ifasında rəngarəng musiqi nömrələri dinlənilib.

Sonda məzunların papaq atma mərasimi və möhtəşəm atəşfəşanlıq baş tutub.
“Məzun günü” münasibətilə yaddaqalan tədbir proqramı təqdim olunub.

1 /12

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.