Bütün xəbərlər
21 may, 17:32

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyinə həsr olunan “Stomatologiyada innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfrans NDU və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransı Naxçıvan Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən bəhs
edib. Bildirilib ki, bu kimi beynəlxalq səviyyəli elmi tədbirlər stomatologiya sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. Prorektor çıxışında “Azərbaycan Respublikası Prezidentinin 2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib. Planlanan yeni kampusda müasir tibb tədris binası, araşdırma xəstəxanası, tələbə yataqxanası, tibb kollecinin binası və sair ilə yanaşı, “Stomatologiya” ixtisası üçün ayrıca tədris korpusu və stomatoloji klinikanın inşasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda, mayın 16-17-də Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən 35 universitetin iştirak etdiyi Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransında universitetin Tibb fakültəsinin “Stomatologiya” ixtisası üzrə tələbələrinin də uğurlu çıxışları ilə yüksək dərəcəli diplomlara layiq görüldüklərini xatırladıb. 

Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov tədbirdə çıxış edərək müasir stomatologiyada innovasiyaların rolundan danışıb. Vurğulanıb ki, konfrans bu sahədə tətbiq olunan ən son texnologiyalar və müalicə metodlarının paylaşılması baxımından olduqca önəmli mahiyyət kəsb edir. 

Belə tədbirlərin həm akademik heyətin, həm də tələbələrin elmi və peşəkar inkişafına mühüm töhfə olduğunu əlavə edən Cabbar Həsənov konfransın gündəliyini yüksək dəyərləndirib.

1 /4

Şərhlər

Xəbər lenti

21 may, 19:53

Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb

21 may, 18:22

Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb

21 may, 17:53

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi davam edir

21 may, 17:47

AzMİU region məktəblərinin şagirdləri ilə görüşüb

21 may, 17:26

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib

21 may, 17:25

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub

21 may, 16:43

Qarabağ Universitetinin Klinikası vakansiya elan edir

21 may, 16:42

AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib

21 may, 16:32

BŞTİ-də yeni kadr təyinatı olub

21 may, 15:45

1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

21 may, 15:31

Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb

21 may, 15:27

DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib

21 may, 15:23

Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb

21 may, 15:01

STEAM resurslarından ibarət sənəd hazırlanıb

21 may, 14:51

Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib

21 may, 14:48

Bəstəkar müəllim: Şagirdlərimlə, müəllimlərlə oxuyaraq salamlaşıram

21 may, 14:00

Müəllim məktəbin ürəyi, ruhudur – Dünya Təhsil Forumundan önəmli mesajlar

21 may, 13:41

Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək

21 may, 13:39

Ucqar kənd məktəbinin liderlik təcrübəsi – Neftçaladan REPORTAJ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.