Bütün xəbərlər
2 iyul, 10:13

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaq Tibb fakültəsinin heyəti ilə görüş keçirib.

Universitetin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə rektor Elbrus İsayev Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib. Rektor bu çərçivədə həyata keçirilən ikili diplom layihələri, əcnəbi professorların tədrisə, tədqiqata cəlbi və ən əsası Türkiyənin bir sıra ali məktəblərində yaradılan təcrübə imkanlarının önəminə diqqət çəkib. Hər il ənənəvi qaydada təşkil edilən bu prosesin iştirak edəcək heyət üçün nəzəri biliklərini təcrübə ilə zənginləşdirmək, beynəlxalq təcrübədən faydalanmaq, gələcək fəaliyyətlərinə zəngin bilik qazandırmaq baxımından böyük fürsət olduğu bildirilib. 

Tədris departamentinin direktoru Şahin Əliyev bildirib ki, NDU ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq universitetin Tibb fakültəsinin 240 nəfərlik müəllim və tələbələrindən ibarət heyəti 7-18 iyul tarixləri arasında qardaş ölkədə təcrübələrə başlayırlar. Vurğulanıb ki, bu il 206 tələbə və 14 həkim-rezident istehsalat təcrübəsinə, 20 həkim-müəllim isə ixtisasartırma kurslarına göndərilir. Təcrübələr Türkiyənin nüfuzlu ali təhsil ocaqları olan Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki universitetlərində təşkil olunacaq. Qeyd edilib ki, təcrübədə “Tibb” və onun SABAH qruplarının, eləcə də “Stomatologiya”, “Əczaçılıq”, “Hərbi tibb”, “İctimai səhiyyə” və “Psixologiya” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edəcəklər. Eyni zamanda, “Ortopedik stomatologiya”, “Travmatologiya-ortopediya”, “Şüa diaqnostika”, “Kardiologiya”, “Oftalmologiya”, “Mama-ginekologiya”, “Yoluxucu xəstəliklər”, “Nefrologiya”, “Endokrinologiya” və “Sosial gigiyena” üzrə təhsil alan rezident-həkimlər bu təcrübələrə qatılacaqlar.

1 /5

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.