Bütün xəbərlər
11 aprel, 09:43

Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə mərkəzləşdirilmiş işə qəbul prosesi davam edir. Müsabiqənin növbəti – müsahibə mərhələsinə start verilir.

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, əvvəlki mərhələdə 917 namizəd arasından tələblərə uyğun olan 561 nəfər test imtahanında iştirak edib. Onlardan  561 namizəd 15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanlarında iştirak edib. 561 namizəd arasından hər vakant yer üzrə ən yüksək nəticə göstərmiş 5-i müsahibəyə dəvət olunacaq. Müsahibələr Bakı şəhərində keçiriləcək və namizədlərə dəvət həm şəxsi kabinetləri, həm də telefon vasitəsilə çatdırılacaq.

Müsahibə zamanı namizədlərin peşəkar səriştələri, idarəetmə bacarıqları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsinə dəvət edilən namizədlər tələb olunan tarix və saatda şəxsiyyət vəsiqələrini, CV və motivasiya məktublarını müsabiqə komissiyasına təqdim etməlidirlər.

Müsahibə zamanı namizədin müraciətində və sənədlərində saxtakarlıq halı müşahidə olunduqda, müsahibəyə təyin olunan vaxtda gəlmədikdə və ya qoşulmadıqda, üzrlü səbəb olmadan müsahibəni tərk etdikdə, üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə təyin edilmiş müsahibə tarixinə azı 1 (bir) iş günü qalmış Peşə Təhsili üzrə Dövlət Agentliyinin çağrı mərkəzinə bu barədə məlumat vermədikdə və ya namizəd 2-ci dəfə onun üçün təyin olunmuş vaxtda müsahibədə iştirak edə bilmədikdə onunla keçiriləcək müsahibə ləğv oluna bilər.

Qeyd edək ki, bu müsabiqə çərçivəsində ölkə üzrə 11 direktor və 53 direktor müavini vəzifəsi üzrə vakant yerlər elan olunub.

Şərhlər

Xəbər lenti

8 iyul, 10:05

Magistraturaya qəbul imtahanında 32 nəfər 90 baldan yuxarı toplayıb

8 iyul, 10:04

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

8 iyul, 09:53

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

8 iyul, 09:26

“Parla”nın iştirakçıları “Müsahibə bacarıqları” təlimində iştirak ediblər

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının suallarının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.