Bütün xəbərlər
6 may, 22:39

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” müsabiqəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsini həyata keçirir. Layihə əsasında aparıcı peşə məktəblərində təhsil alan tələbələr üçün kommunikasiya üzrə təlimlər təşkil olunub.

İctimai Birlikdən “Azərbaycan müəllimi”ne bildirilib ki, iki gün davam edən təlimlər “Viva” Kommunikasiya Agentliyinin qurucuları - media, PR və marketinq sahəsində tanınmış mütəxəssislər Vüqar Baba və Emin Hüseynzadə tərəfindən keçirilib. Təlimlərdə peşələrin tanıdılması prosesində kommunikasiyanın rolu, müasir dövrdə effektiv PR alətləri, kommunikasiya kanalları, şəxsi brendinq və influenser marketinqi mövzuları ətrafında praktiki biliklər təqdim edilib.

Təlimlərin məqsədi peşə təhsili tələbələrinin öz sahələrini ictimaiyyətə tanıtmaq bacarığını artırmaq, şəxsi brendlərini formalaşdırmaq və daha geniş auditoriyaya çatdırmaq üçün müasir kommunikasiya metodlarından düzgün istifadəni təşviq etmək olub.

Sessiyalarda qonaq qismində iştirak edən ingilis dili mentoru Firdovsi Kərimov da şəxsi brendin formalaşdırılması sahəsindəki təcrübəsini tələbələrlə bölüşüb.

Təlimlərin davamında iştirakçılara onlayn tapşırıqlar təqdim olunacaq. Bu tapşırıqlar vasitəsilə tələbələr öyrəndikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq edəcəklər. Layihə çərçivəsində, həmçinin bir neçə tanınmış influenserlərlə görüşlər, müxtəlif özəl və dövlət qurumlarına tanışlıq səfərləri də planlaşdırılıb.

Qeyd edək ki, layihənin icrasına Peşə Təhsili üzrə Dövlət Agentliyi də dəstək göstərir.

1 /4

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.