Bütün xəbərlər
26 may, 10:12

“Bizim mərkəz elmi araşdırmalara söykənən həqiqətləri üzə çıxarır”

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış hüququ beynəlxalq hüquqla qorunan əsas insan haqlarından biridir. Dövlət başçısı bu məsələni həm yerli, həm də beynəlxalq platformalarda qaldıraraq Ermənistanı tarixi ədalətsizliyə son qoymağa çağırıb. Müzəffər Ali Baş Komandan dəfələrlə çıxışlarında qeyd edib ki, biz tarixi torpaqlarımızı unutmamalıyıq və unutmuruq: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. 

...Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır”.

Bu mövqeyin ardıcıl şəkildə təbliği və əsaslandırılması məqsədilə Qərbi Azərbaycan İcması tərəfindən məqsədyönlü işlər görülür, ali təhsil müəssisələrində, araşdırmalar mərkəzlərində, elmi-tədqiqat institutlarında tarixi faktlar üzə çıxarılır, elmi dairələrdə müzakirələr aparılır. Onlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzidir. Bu elmi mərkəz bəzi dairələr, xüsusilə ermənipərəst media və şəbəkələr tərəfindən dezinformasiyalara hədəf alınıb. Belə ki, amerikalı jurnalist Lindsi Snel və ona istinadən Ermənistan mətbuatı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb. Lindsi Snel “X” platformasında yazır ki, Azərbaycanda müasir Ermənistan ərazisini öyrənmək üçün “Qərbi Azərbaycan Tədqiqat və Türkologiya Mərkəzi” açılıb. Mərkəzdə azərbaycanlı müəllimlərə “Qərbi Azərbaycan həqiqətlərini tələbələrə çatdırmaq yolları” öyrədiləcək. O qeyd edib ki, Azərbaycan hökumətinin dəstəklədiyi təşkilatın ofisində Ermənistanın saxtalaşdırılmış xəritəsi asılıb və həmin xəritədə erməni toponimləri Azərbaycan toponimləri ilə əvəz edilib. Qondarma Qərbi Azərbaycan İcması 2023-cü ilin noyabrında Naxçıvanda “Qərbi Azərbaycan”la bağlı festival keçirib və bunu müasir Ermənistan ərazisinə “qayıtmaq” yolunda addım adlandırıb. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ATƏT PA-nın sədri Pia Qauma ilə görüşündə İrəvanı azərbaycanlıların “Ermənistana qayıtmaq” hüququnu rədd etməkdə ittiham edib”.

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynovanın mövqeyini öyrəndik.

– Mahirə xanım, Lindsi Snel mərkəziniz haqqında dezinformasiyalar yayaraq dünya ictimaiyyətinin diqqətini əsl mahiyyətdən uzaqlaşdırmaqla bir sıra fikirlər səsləndirib. Bununla bağlı nə deyə bilərsiniz?

– Əslində, bu cür hücumlar gözləniləndir. Çünki biz illərlə susdurulmuş tarixi faktları gün işığına çıxarırıq. Fəaliyyətimizdə qərəz, təbliğat deyil, tarixi ədalətin bərpası amalı var.

Görürük ki, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistanda təşviş doğurur, davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya mərkəzdə saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. 

Biz yaxşı bilirik ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Bu, tarixi həqiqətdir. Tarixi sənədləri araşdırarkən İrəvan xanlığında yaşayanların əksəriyyətinin azərbaycanlılar olduğu  göstərilir. Və o da məlumdur ki, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Amma biz əminik ki, çox tezliklə bu ədalətsizliklər aradan qaldırılacaqdır. 

Bizim ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər əsassızdır. Deyərdim ki, bu, tamamilə yanlış və manipulyativ yanaşmadır. Biz pedaqoji yönümlü ali təhsil müəssisəsi olaraq, müəllimlərimizin, eyni zamanda böyüməkdə olan gənc nəslin Qərbi Azərbaycanla bağlı yalnız tarixi və elmi mənbələrə əsaslanaraq ətraflı məlumat almaları üçün  metodik materiallar təqdim edirik. Düşünürəm ki, bu, normal qəbul edilən bir  təhsil yanaşmasıdır.Tarixi sənədlərə əsaslanaraq Qərbi Azərbaycanın demoqrafik, etnoqrafik, mədəni və sosial strukturlarını araşdırırıq.

Biz heç bir xalqı hədəf almırıq, sadəcə öz xalqımıza tariximizi, əzəli torpaqlarımız barədə məlumatları  doğru şəkildə çatdırmağa çalışırıq. Və ermənilərin təşvişinə də heç bir əsas yoxdur. Bizim mərkəz elmi araşdırmalara söykənən həqiqətləri üzə çıxarır. 

– Bəs Lindsi Snelin “Qərbi Azərbaycan həqiqətlərini müəllimlərə öyrətmək” kimi təqdim etdiyi iddia nə dərəcədə doğrudur?

– Bəli, biz pedaqoji universitet olaraq təbii ki, müəllimlərə istiqamət veririk. Ancaq bu istiqamət bir təbliğat deyil, tarixi həqiqətlərin düzgün təqdimidir. Məqsədimiz gələcək nəsillərə öz tarixini doğru çatdırmaqdır. Lindsi Snelin yazdığı kimi “erməni toponimlərinin dəyişdirilməsi”, “saxta xəritələr” kimi iddialar tam əsassızdır. Qeyd etdiyim kimi, biz beynəlxalq elmi prinsiplərə əsaslanan işlər görürük və hər sənədimizə sübutlarla yanaşırıq.

– Ermənilər bu mərkəzin fəaliyyətini  sanki Qərbi Azərbaycana qayıdışın ideoloji bazası  kimi təqdim edirlər. Buna münasibətiniz necədir?

– Əgər insan öz ata-baba yurduna qayıtmaq istəyirsə, bu niyyət necə təhlükəli ola bilər? Heç kimin torpağında gözümüz yoxdur. Amma bizim haqqımız olan torpaqlara - İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaq niyyətimizi də gizlətmirik. Fikrimcə, həm tarixi, həm də hüquqi baxımdan bu, bizim haqqımızdır. Və dünya ictimaiyyəti də Qərbi Azərbaycan haqqında həqiqətləri bilməlidir. Bizim fəaliyyətimiz də məhz bu həqiqətlərin üzə çıxarılmasına yönəlib.

Gördüyünüz kimi, biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik. Bizi bu yoldan heç kim döndərə bilməz. 

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.