Bütün xəbərlər
20 iyun, 09:44

“Dünyanın ən yaxşı universitetlərinin reytinqində iştirak edən Azərbaycan ali məktəblərinin sayının üçdən doqquzadək artması fonunda Azərbaycanın ali təhsili təsirli dinamika nümayiş etdirir. Doqquz Azərbaycan Universiteti dünyanın ən yaxşı universitetlərinin yeni reytinqinə daxil olub. Onlardan altısı reytinqdə debüt edir, digər üç universitet isə cari reytinq dövründə milli ali təhsil sisteminin parlaq nəticələrini nümayiş etdirərək keçən ilki mövqelərini yaxşılaşdırır. Bakı Dövlət Universiteti dünyanın ən yaxşı ali məktəblərinin reytinqində 688-ci pilləyə qalxaraq reytinqə daxil olan ölkə ali məktəbləri arasında ən yüksək mövqeyini qoruyub saxlayır”. 

Bu barədə “Azərbaycan müəllimi”nə  dünyanın nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” şirkətindən daxil olan məlumatda qeyd olunur. 

QS Dünya universitetləri reytinqləri 2026: Azərbaycan universitetlərinin nəticələri
Ölkə üzrə yeri 20262025Ali təhsil müəssisəsinin adı 
1=688951-1000Bakı Dövlət Universiteti
2801-8501001-1200

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

3851-9001001-1200Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3851-900 Azərbaycan Texniki Universiteti
5901-950 Bakı Mühəndislik Universiteti
6951-1000 Xəzər Universiteti
=71001-1200 Azərbaycan Memarlıq və İnşaat Universiteti
=71001-1200 Sumqayıt Dövlət Universiteti
91201-1400 ADA Universiteti

Reytinqdə təmsil olunan 106 ölkə və ərazi arasında Azərbaycan iştirakçıların sayına görə ikinci yeri İordaniya ilə bölüşür. Ümumiyyətlə, Özbəkistan və Oman Azərbaycanın təsirli nəticələrindən bir az geridə qalır: Özbəkistan beş universitetin debütü və iki ali məktəbin keçən ilki mövqeyinin yaxşılaşması, Oman 3 universitetin debütü və iki ali məktəbin ötən ilki mövqeyinin yaxşılaşması ilə seçilir.

Ən çox universiteti olan ölkələr və ərazilər-dünyanın ən yaxşı universitetlərinin reytinqində yeni iştirakçılar 
Ölkə/əraziReytinqə ilk dəfə daxil olan universitetlərin sayıReytinqdəki universitetlərin sayıMövqeyini itirən universitetlərin sayıMövqelərini qoruyan universitetlərin sayıMövqelərini yaxşılaşdıran universitetlərin sayı
Hindistan854111322
İordaniya616046
Azərbaycan69003
ABŞ 5192604978
Özbəkistan57002

Bu cədvəldən də göründüyü kimi, reytinq sıralamasında Azərbaycan mövqelərini qoruyub saxlayan, yaxşılaşdıran ölkə kimi təsnif olunur.

“QS Quacquarelli Symonds”un baş vitse-prezidenti Ben Souter Azərbaycanın mövqeyini belə şərh edir:

"Azərbaycan 2026-cı ilin QS Dünya Universitetləri Reytinqində möhtəşəm nəticələr nümayiş etdirir. Ötənilki reytinqdə iştirak edən üç universitetin mövqeyinin yaxşılaşması və ölkənin altı universitetinin reytinqə ilk dəfə daxil olması tamamilə diqqətəlayiq uğurdur".

Yeni reytinqdə iştirak edən Azərbaycan universitetlərinin tədris heyəti və tələbələrin nisbəti üzrə orta göstəricisi 65,1-dir ki, bununla da reytinqə daxil olan ölkələr arasında 11-ci yeri tutur.

Bu göstərici üzrə Sumqayıt Dövlət Universiteti dünya üzrə 58-ci, Bakı Dövlət Universiteti 85-ci yerdə qərarlaşıb, Azərbaycan Texniki Universiteti isə dünyanın ən yaxşı 200 universiteti sırasında 157-ci pillədə yer alıb. Bu, ölkə universitetlərində təhsil mühitinin yüksək keyfiyyətinin əsas üstünlüklərindən biri olduğunu göstərir. 

Ötən ilki reytinqdə iştirak edən Azərbaycan universitetləri akademik reputasiya, işəgötürənlərin reputasiyası, tədris heyəti və tələbə nisbəti, xarici müəllimlərin və tələbələrin payı, həmçinin məzunların nailiyyətləri kimi bir sıra göstəricilər üzrə müsbət dinamika nümayiş etdirirlər.

"Azərbaycan universitetlərinin güclü nəticələrinə baxmayaraq, yeni reytinq onların öz mövqelərinin daha da yaxşılaşdırılması üçün əsas imkanları vurğulayır", – deyə Ben Sauter bildirir. "Azərbaycanın ali məktəbləri bir sıra istiqamətlər üzrə müsbət dinamikanı artırmağa qadir olduqlarını nümayiş etdirib, eyni zamanda, digər ölkələrin ali məktəbləri ilə mövcud boşluqları azaltmaq üçün strateji məqsədlərə nail olmaq üçün ardıcıl səylərə ehtiyac var".

“QS Quacquarelli Symonds”un regional direktoru Sergey Xristolyubov Azərbaycanın qlobal reytinqdəki mövqeyini belə şərh edir:

"Bizim flaqman reytinqimizin yeni buraxılışı Azərbaycanın Qafqaz regionunda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir. 2026-cı ildə dünyanın ən yaxşı universitetlərinin reytinqində (QS Dünya universitetləri reytinqləri 2026) Azərbaycan regionun digər iki ölkəsinin ali məktəblərinin ümumi sayından üç dəfə çox ali məktəbə malikdir. Bundan başqa, Azərbaycan bizim institusional reytinqimizdə ali məktəblərin sayını üç dəfə artırıb, ölkənin ali təhsilinin lideri olan Bakı Dövlət Universiteti isə dünyanın ən yaxşı 700 ali təhsil müəssisəsinə daxil olub. Bu uğurlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, habelə Azərbaycan ali təhsil müəssisələrinin rəhbər və ekspertlərinin gündəlik səmərəli sistemli işlərindən xəbər verir".

QS-in məlumatında qeyd olunur ki, xüsusilə Avropa, Şimali Amerika və Asiyada ali təhsil seqmentində qlobal rəqabət güclənir.
Bu tendensiyalar qlobal rəqabət qabiliyyətinin daha da inkişaf etdirilməsi üçün Azərbaycan ali məktəblərinə  prioritet ola biləcək beynəlxalq iştirakın, istedadlı tələbə və mütəxəssislərin cəlb edilməsinin və transsərhəd əməkdaşlığın artan əhəmiyyətini vurğulayır.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.