
2025-ci il Naxçıvan Dövlət Universitetinin (NDU) tarixində ən çox məzunun təhsilini başa vurduğu ildir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu NDU-nun rektoru Elbrus İsayev "Məzun Günü" tədbirində çıxış edərkən bildirib.
O qeyd edib ki, 2024-2025-ci tədris ilinin yekununda 2313 tələbə məzun olur:
"2024-cü illə müqayisədə bu il məzun sayında 5% artım olub. Bu il NDU tarixində təhsil ocağının ən çox məzun verdiyi il olaraq tarixə düşür. Eyni zamanda, son 5 ilin göstəricilərinin təhlilinə əsasən, universitet məzunlarının 73%-i əmək bazarında ixtisaslarına uyğun vəzifələrdə çalışırlar".
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər