
Ümumi təhsil müəssisələrinin X-XI sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi idman oyunlarının zona mərhələsinə start verilib. Bu mərhələyə qədər paytaxt və bölgələrdə keçirilən birinci seçim turunda 21 916 məktəbli iştirak edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, may ayında keçiriləcək ikinci mərhələdə isə 1200-ə yaxın şagird mübarizə aparacaq və qalib komandalar finala vəsiqə qazanacaqlar.
Hərbi-idman oyununun keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyəsi işini daha da gücləndirmək, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını təmin etmək, gənclərə şanlı zəfər tarixini daha dərindən aşılamaqdan ibarətdir.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər