Bütün xəbərlər
2 may, 19:25

Avropa İttifaqı tərəfindən cari ayda "Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023” adlı “Eurydice” sənədi hazırlanıb. Hesabatda əksini tapan məlumatlar  2022/2023-cü tədris illəri ərzində ”Eurydice”sənədi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən toplanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, hesabatdan çıxarışlar tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin aprel sayına salınıb.

Hesabatda Avropa təhsil sistemində məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri ilə bağlı ətraflı məlumat təqdim edilir. Belə ki, hesabat əməkhaqqı, alıcılıq qabiliyyəti və karyera inkişafı sahəsində əsas tendensiyaları vurğulayır. Bu da müəllim çatışmazlığı və təqaüd yaşı çatan işçi qüvvəsi probleminin həlli üçün maliyyə təşviqlərinin təkmilləşdirilməsinin vacibliyini göstərir.

Həmçinin hesabatda əks olunan məlumatlardan aydın olur ki, əksər ölkələrdə aşağı orta təhsil səviyyəsində müəllimlərin qanunla müəyyən edilmiş ilkin maaşları artıb. Buna baxmayaraq, inflyasiya nəzərə alınmaqla yalnız 16 təhsil sistemində (Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan) 1%-dən 30%-ə kimi real artım müşahidə edilməkdədir. Digər 16 təhsil sistemində (Portuqaliya, İspaniya, Fransa, Belçika) 1%-dən 10%-ə qədər dərəcədə azalma, 4 təhsil sistemində isə 0.5%-və ya daha az fərqlə dəyişiklik qeydə alınıb. 

Eyni zamanda, müəllimlərin əməkhaqlarının artım dinamikası ölkələr arasında bərabər şəkildə həyata keçirilmədiyi hesabatda öz əksini tapır. Bu isə xüsusilə karyeranın erkən mərhələlərində müşahidə olunduğu qeyd olunur. Belə ki, hesabatdan aydın olur ki, bəzi ölkələrdə əməkhaqqı müəllimlərin karyeralarının sonrakı pillələrində ikiqat artır, digər ölkələrdə isə demək olar ki, dəyişməz qalır.

Bununla belə maksimum əmək haqqı səviyyəsinə çatmaq üçün tələb olunan müddət adətən 12 ildən 42 ilə qədər dəyişir. Habelə, əksər ölkələrdə bu 25 ildən çox təcrübə tələb edir. Əməkhaqqı artımları əsasən karyeranın son mərhələlərində həyata keçirilir ki, bu da erkən və orta mərhələlərdə çalışan müəllimlər üçün motivasiyanı azalda bilər.

Məktəb direktorlarının əməkhaqları: məktəbin ölçüsü və təhsil səviyyəsinə görə müəyyənləşmə

Məktəb direktorlarının əməkhaqqı dinamikasında da müəllim maaşlarına bənzər tendensiyaların müşahidə olunması hesabatda öz əksini tapıb. Demək olar ki, bütün ölkələrdə nominal artım müşahidə olunub. Lakin inflyasiyaya uyğunlaşdırıldıqda yalnız 11 təhsil sistemində (Slovakiya, Xorvatiya, İtalya, Rumıniya, Bolqarıstan) real artım qeydə alınmışdır. 17 təhsil sistemində isə (İspaniya, Fransa, Belcika, Çexiya və s) real əməkhaqqı azalmış, 3 təhsil sistemində isə əsaslı dəyişiklik olmayıb.

Direktorların maaşlarını müəyyən edən amillər aşağıdakılardır:

Məktəbin şagird sayı: Bəzi ölkələrin təhsil sistemində şagird sayına görə məktəb direktorları daha yüksək maaş alırlar. 20 təhsil sistemində şagird sayı çox olan məktəb rəhbərləri daha yüksək maaş alır, 18 təhsil sistemdə rəhbərlərin maaşı şagird sayından asılı olmayaraq eynidir. 

Təhsil səviyyəsi: adətən, məktəbəqədər və ibtidai təhsil pillələrində işləyən direktorlarla müqayisədə ümumi orta və tam orta təhsil pilləsində çalışan direktorlar nisbətən daha yüksək maaş alır.

Peşəkar ixtisaslar: Əksər sistemlərdə direktor olmaq üçün müəllimlik üzrə kvalifikasiya, təcrübə və liderlik bacarıqları tələb olunur. Lakin buna baxmayaraq, formal idarəçilik təhsili hər zaman zəruri sayılmır.

Həmçinin əksər ölkələrdə müəllimlərin əlavə tapşırıqlar və məsuliyyətlər götürdükləri zaman buna görə əlavə ödəniş alması da hesabatda yer alır. Bəzi ölkələrdə müəllimlərin davamlı peşəkar inkişafda iştirak etməsi də əlavə mükafatla stimullaşdırılır. Bununla yanaşı, çox az sayda ölkədə ailə müavinətləri (ailə vəziyyətinə görə ödənişlər) tətbiq olunur.

Habelə məktəb direktorlarına isə əlavə idarəetmə funksiyaları və tədris tapşırıqları üçün müavinət verildiyi də hesabatda qeyd olunur. Bəzi ölkələrdə əlavə kvalifikasiya əldə etmiş, təlimlərə cəlb olunmuş və ya yüksək nəticə göstərmiş direktorlar da mükafatlandırılır. Lakin müəllimlərdə olduğu kimi, məktəb direktorları üçün ailə müavinətləri yalnız məhdud sayda ölkədə mövcuddur.

Mənbə: European Commission: European Education and Culture Executive Agency, Teachers and school heads salaries and allowances in Europe 2022/2023, Publications Office of the European Union, 2025, https://data.europa.eu/doi/10.2797/5043036 

Şərhlər

Xəbər lenti

3 may, 12:40

ADPU-da süni intellekt mövzusunda beynəlxalq görüş keçirilib

3 may, 10:00

NDU-da “Tibb ixtisası” üzrə açılan SABAH qrupları gələcəyə nə vəd edir?

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.