Bütün xəbərlər
25 iyun, 16:30

İyunun 24-də müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən sertifikatlaşdırma imtahanında kimya müəllimləri də biliklərini sınayıblar.

“Azərbaycan müəllimi” sertifikatlaşdırma imtahanında kimya fənni üzrə yüksək bal toplayan müəllimlərlə həmsöhbət olub. 

149 nömrəli tam orta məktəbdə 22 ildir ki, kimya fənnini tədris edən Şəlalə Həsənova sertifikatlaşdırma imtahanından 59 bal toplayıb. Özünü “peşəsini sevərək icra edən müəllim” kimi təqdim edən Şəlalə müəllimin, görünür, uğurundakı əsas sirr də elə peşəsinə sevgi ilə yanaşmağıdır. 

Şəlalə müəllim bildirir ki, imtahana düşən suallar ona elə də çətin gəlməyib: “Suallar mənə çətin gəlmədi. Təxminən 25-30 sual olduqca sadə, bütün müəllimlərin yaza biləcəyi səviyyədə idi. Digər sualların çətinlik səviyyəsi nisbətən yüksək idi, daha doğrusu, həlli vaxt tələb edən tapşırıqlar verilmişdi. Amma imtahan vaxtı bütün sualları cavablandıra bildim. Metodika sualları isə tamamilə asan idi”.

“Daim öz üzərində çalışan müəllim sualları tam cavablandıra bilər”

O, illərlə şagirdlərini imtahanlara hazırlaşdırmaqla qazandığı təcrübənin bu imtahanda ona kömək etdiyini deyir: “Hər zaman öz üzərimdə çalışmışam. 22 ildir ki, şagirdlərlə işləyir, onları müxtəlif imtahanlara hazırlayıram. Təbii ki, özüm də bu imtahana tam hazır idim və xüsusi hazırlığa ehtiyac görmədim. Sadəcə metodika üzrə bir az hazırlaşıb yeni materialları nəzərdən keçirmişdim. Daim öz üzərində çalışan hər bir müəllim sualları cavablandıra bilərdi. Sadəcə sualları çatdırmamaqla bağlı müəllimlərdə bir az həyəcan yarana bilərdi”.

Sertifikasiya prosesi haqqında fikirlərini bölüşən Ş.Həsənovanın fikrincə, sertifikatlaşdırma imtahanı sayəsində müəllimlər öz üzərində daha çox çalışacaqlar:

“Bu imtahandan sonra müəllim nəticəsini görür və üzərində daha məsuliyyətlə çalışmağa başlayır. Əməkhaqqısına edilən artım isə müəllimlər üçün ayrıca bir motivasiyadır. Gələcəkdə də müəllimlərin bilik səviyyəsinə görə maddi cəhətdən fərqləndiriləcəyi imtahanların keçirilməsini istəyərdim”.

O, yüksək bal toplamağında fənni ilə bağlı hər yeni materialı əldə etməyə çalışmağının, daim yeni məlumatları öyrənməyə açıq olmağının böyük rolu olduğunu xüsusi vurğulayır. 

Sertifikatlaşdırmada uğuru qazanmaq üçün biliklə yanaşı, vaxtı da düzgün bölmək lazımdır

110 nömrəli məktəbin kimya müəllimi Aysel Nəzirova da artıq 22 ildir ki, şagirdlərinə kimyanın incəliklərini öyrədir. Bu il o, sertifikatlaşdırma imtahanından 57 bal toplayaraq yüksək nəticə göstərən müəllimlər sırasına daxil olub.

Aysel müəllim imtahanın təşkilatçılığından razı qaldığını bildirir: “İmtahan zamanı hər cür texniki dəstək vardı, hər hansı problem yarananda dərhal kömək göstərilirdi”. 

A.Nəzirova sualların müxtəlif çətinlik dərəcələrində olması ilə bağlı qeyd edir ki, imtahan suallarının təxminən 30-u çox sadə idi, bu sualları asanlıqla cavablandırmaq mümkündür: “Digər suallar isə bir qədər vaxt tələb edirdi. İmtahan ərzində həyəcan hissi və stres çox idi. Buna görə də suallara əvvəlcə baxanda düşündüm ki, bu imtahandan keçə bilməyəcəyəm. Diqqətimi toplayıb sualları həll etməyə başlayanda gördüm ki, alınır. 60 bal toplayacağıma inanırdım. Bir az da vaxtım qalsa idi, səhv etdiyim suallara yenidən baxıb düzgün yaza bilərdim”. 

Onun fikrincə, uğur qazanmaq üçün təkcə bilik deyil, zamanı düzgün bölmək və metodoloji hazırlıq da vacibdir: “Əminəm ki, bəzi müəllimlər vaxt çatışmazlığı səbəbindən daha yüksək bal toplaya bilmədilər. Bu baxımdan sürətli olmaq və suallara düzgün yanaşmaq olduqca vacibdir”.

Şərhlər

Xəbər lenti

23 iyul, 17:10

Dual təhsil həyatını dəyişdi – Manikürçü idi, indi bölmə şefidir

23 iyul, 16:22

Məktəbəhazırlıq yeni ünvanlarda: Beynəlxalq təcrübə Azərbaycana gətirilir

23 iyul, 16:19

İkili diplom proqramları təhsilimizə nə vəd edir...

23 iyul, 15:34

Sabahdan magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna start verilir

23 iyul, 14:31

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu 

23 iyul, 14:14

BSU müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

23 iyul, 14:01

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

23 iyul, 13:50

İdris İsayev: İkili diplom proqramlarının tətbiqi universitetlərimizin reytinqlərdəki mövqeyini yüksəldəcək

23 iyul, 12:44

Abşeron–Xızı RTİ tabeliyindəki müəssisələrdə yoxlama: nöqsanlar aşkarlandı

23 iyul, 12:34

Sabahın hava proqnozu açıqlanıb

23 iyul, 12:22

Musiqi sənəti üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

23 iyul, 11:17

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

23 iyul, 10:25

Zəhmətin bəhrəsi: Qızıl nişanlı məzunlar danışırlar

23 iyul, 09:18

ADA Universiteti DİM balı ilə müraciət edənlərə hansı təqaüd imkanları yaradır?

23 iyul, 09:09

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıblar

22 iyul, 21:43

Prezident media nümayəndələrinə müraciət edib

22 iyul, 19:45

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

22 iyul, 17:49

Ali təhsildə “LinkedIn”dən istifadə imkanlarının artırılması müzakirə edilib

22 iyul, 17:10

6 ayda EATDA-ya 39 mindən çox müraciət daxil olub

22 iyul, 16:36

Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - SƏRƏNCAM

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.