Bütün xəbərlər
24 iyun, 17:28

İyunun 24-də Naxçıvanda ölkə üzrə kimya və biologiya müəllimləri üçün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 67 müəllimin 66-sı iştirak edib və 98,5 faiz davamiyyət qeydə alınıb.

"Azərbaycan müəllimi" sertifikatlaşdırma imtahanının keçirildiyi Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə olub və yüksək nəticə göstərən müəllimlərlə söhbətləşib.

Biologiya fənni üzrə 57 bal toplayan Kəmalə Tağızadə Ordubad rayonu Aza kənd tam orta məktəbin müəllimidir. Keçən il MİQ imtahanında 60,1 bal toplayıb və Naxçıvan şəhərindən hər gün bu kəndə gedib-gələrək dərs deyir. Əlavə edir ki, imtahanda yüksək nəticə əldə etdiyinə görə çox sevinclidir:

“Şəffaflığı təmin etdiklərinə görə hər kəsə təşəkkür edirəm. İmtahan çox rahat idi, suallar müəllimlərin pedaqoji təcrübəsinə uyğundur. Çox razı qaldıq. Bütün həmkarlarıma uğurlar arzu edirəm”.

Səmayə Səfərli Ordubad şəhəri tam orta internat məktəbinin biologiya müəllimidir. Sertifikatlaşdırma imtahanında 56 bal toplayan müəllim iki ildir ki, burada çalışır. Deyir ki, sertifikatlaşdırma imtahanında yaxşı bal toplayan müəllim kimi şagirdlərinin gözündə daha da yüksəlmək istəyib. Bu düşüncəsi onu daha çox həyəcanlandırıb:

“Hər səviyyədə suallar var idi, dərsdənkənar suallar yox idi. Hətta bundan daha çox bal gözləyirdim, çox çalışmışdım. Sadəcə, bir az həyəcanlandım”.

Culfa rayonu Kırna kənd tam orta məktəbinin müəllimi Nərmin Rəhimovanın 15 illik müəllimlik təcrübəsi var. 55 bal toplayan müəllim deyir ki, suallar orta səviyyədə idi:

“Asan, orta və çətin suallar var idi. İmtahan çox rahat keçdi. Sertifikatlaşdırma ailə büdcəmizə də müsbət təsir göstərəcək”.

“Suallar məktəb dərsliklərini əhatə edirdi”

Aysu Şahməmmədova Ordubad rayonu Baş Dizə kənd orta məktəbində biologiya müəllimidir. 55 bal toplayan müəllim Naxçıvan şəhərində yaşayır. MİQ imtahanı ilə işə qəbul olunub. 4 ildir ki, bu kənddə çalışır:

“Suallar çox yaxşı tərtib olunmuşdu. Kurikulum sualları daha çox sinfin idarə olunması ilə bağlı idi. Hazırlaşdığım mövzular çərçivəsində suallar düşmüşdü, məktəb dərsliklərini əhatə edirdi. Həm də maaşım artacağı üçün çox sevincliyəm. İmtahan verəcək müəllimlər həyəcanlanmasınlar”.


Ramilə Bağırova Culfa rayonu Bənənyar kənd tam orta məktəbində kimya fənnindən dərs deyir. Bu fənn üzrə ən yüksək balı o toplayıb. 54 bal toplayan müəllimin 10 illik pedaqoji stajı var:

“Yüksək bal topladığım üçün sevinirəm. Plan üzrə hazırlaşırdım və buna görə də yüksək nəticə əldə edə bildim. Hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, sertifikatlaşdırma prosesində ümumilikdə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 350-yə yaxın müəlliminin iştirakı nəzərdə tutulur. Sabah sertifikatlaşdırma imtahanlarının sonuncu günüdür.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.