Bütün xəbərlər
25 iyun, 15:49

İyunun 25-də keçirilən sertifikatlaşdırma imtahanında Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahan verən müəllimlər arasında yüksək nəticə göstərənlər az deyil.

“Azərbaycan müəllimi” onların sevincini oxucuları ilə bölüşür.

“Müəllim hər gün sinfə hazırlıqlı daxil olmağa borcludur”

Sumqayıt şəhəri 43 nömrəli tam orta məktəbin fizika müəllimi Vüsalə Alıhüseynova 59 bal toplayıb. Bildirir ki, 2006-2012-ci illərdə müəllim kimi işləyib, sonra müəyyən səbəblərdən işdən ayrılıb: “Ümumilikdə 13 ildir ki,  müəllim kimi fəaliyyət göstərirəm. 2018-ci ildən müəllimlərin işə qəbulu imtahanı verərək yenidən pedaqoji fəaliyyətə başladım. O vaxt mümkün 60 balın 53-nü toplamışdım”.

Onun sözlərinə görə, müəllim hər gün sinfə hazırlıqlı daxil olmağa borcludur: “Belə olduğu halda imtahan üçün ayrıca hazırlaşmağa ehtiyac qalmır. Suallar hər səviyyəyə uyğun idi. Əslində ixtisasımı çox sevirəm və orada çətin suallar da mənə xoş görünür. Metodika üzrə 2 sualda  variantların ikisi də mənə düzgün görünürdü, birini seçdim. Bu il az bal toplayan müəllimlərə Karol Dvekin açıq düşüncə tərzinə uyğun addımlar atmağı tövsiyə edirəm”. 

“Kağız testlərlə işləməkdənsə, onlayn testlərə müraciət etsinlər ki, vaxtlarını düzgün dəyərləndirə bilsinlər” 

Fəridə Həsənova Sumqayıt şəhəri 5 nömrəli tam orta məktəbin informatika müəllimidir, imtahanda 57 bal toplayıb. 25 ildir ki, müəllim işləyən Fəridə xanım daha öncə diaqnostik qiymətləndirmədə iştirak edərək 53 bal topladığını söyləyir. Fənnini çox yaxşı bildiyini söyləyən müəllim əsasən kurikulum üzrə müxtəlif saytlar üzərindən onlayn kurslara qoşularaq hazırlaşdığını deyir: “Sürətli işləməni təmin etmək üçün ixtisasım üzrə çoxlu testlər etmişəm”. 

Müəllim sertifikatlaşdırmaya münasibətinin çox yaxşı olduğunu vurğulayır: “Hesab edirəm ki, müəllimlərimizin əksəriyyətinin bilik səviyyəsi yüksəkdir, sadəcə, onlar imtahanda vaxt bölgüsünü düzgün edə bilmirlər. Əsasən də bu, kimya müəllimləri imtahan verəndə özünü biruzə verdi. Məsləhət görərdim ki, kağız testlərlə işləməkdənsə, onlayn testlərə müraciət etsinlər ki, vaxtlarını düzgün dəyərləndirə bilsinlər”. 

“Müəllimlər fənlərini sevsələr, işlərinə ciddi yanaşsalar, imtahanda uğur qazanacaqlar” 

Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Gülcahan Musayevanın 62 yaşı var. O, könüllü iştirak etdiyi imtahanda 54 bal toplayıb. İlk dəfə sertifikasiyada iştirak edən müəllim bildirir ki, əziyyət çəkən müəllim mütləq zəhmətinin bəhrəsini görür: 

“Suallar hər bir müəllimin işləyə biləcəyi səviyyədə idi. Mən ümumiyyətlə, nə ixtisasım, nə kurikulum üzrə imtahana hazırlaşmamışdım. Kurikulum suallarına iş təcrübəmə əsasən cavab verdim. Öz fənnimdən 50 sualın hamısına düz cavab vermişdim, kurikulum üzrə isə 4 düz cavabım oldu”. 

Sertifikatlaşdırmaya münasibətini dilə gətirən müəllim bildirir ki, bu proses müəllimlərin peşələrinə qarşı məsuliyyətini daha da artırır: “Müəllimlər fənlərini sevsələr, işlərinə ciddi yanaşsalar, imtahanda uğur qazanacaqlar”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.