Bütün xəbərlər
3 iyun, 13:10

Abituriyentlərinin ali təhsil müəssisələrinə qəbul olma faizinə görə Sumqayıt şəhərinin nəticələri digər şəhərlərin göstəricilərindən yüksəkdir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Hesabata görə, imtahanda iştirak edən hər 100 Sumqayıt məktəblisindən 50-51-i ali təhsil müəssisəsinə qəbul olub. Bundan başqa, son illər Naxçıvan şəhəri də abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizinə görə fərqlənir. İmtahanda iştirak edən hər 100 məktəblidən 45-46-sı ali təhsil müəssisəsinə qəbul olub. 

Naxçıvan şəhərinin göstəricisinin bu dərəcədə yüksək olması daha çox bu şəhərin məktəblərini bitirən abituriyentlərin yerli ali təhsil müəssisələrinə üstünlük vermələri və bu ali təhsil müəssisələrinə istəyin digər regionlarda elə də yüksək olmadığından irəli gəlir: “Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna qəbul olanların müvafiq olaraq, 73.08 və 66.79%-ni Naxçıvan MR-in məktəblilərinin təşkil etdiyini görərik. Respublikanın qalan ali təhsil müəssisələrinə (Bakı Xoreoqrafiya Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası istisna olmaqla) qəbul olan abituriyentlər arasında Naxçıvan MR-dən olan abituriyentlərin payı 4%-dən çox olmayıb. Bakı şəhərinin abituriyentləri ənənəvi olaraq qəbulolma göstəricisinə görə ən yaxşılardan olub və imtahanda iştirak edən hər 100 Bakı məktəblisindən 47–48-i ali təhsil müəssisəsinə qəbul olub. Ötən ilə nəzərən, bu il böyük şəhərləri təmsil edən abituriyentlər seçməsində ali təhsil müəssisələrinə qəbul olanların nisbi çəkisi, demək olar ki, eyni qalıb”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.