Bütün xəbərlər
21 iyun, 18:09

Bir neçə gündür ki, ölkəmizin təhsil müəssisələrində sertifikasiya imtahanları keçirilir. İlk dəfədir ki, işğaldan azad olunmuş bölgələrimiz də sertifikasiya imtahanlarına qatılıb. 

Xankəndidəki Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin müəllimi Xəyalə Sultanova və Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Aynur Abbasova da sertifikasiya imtahanında iştirak edərək yüksək nəticə əldə ediblər. Hər ikisi ixtisasca coğrafiya müəllimidir.

Qazandıqları nəticədən və bundan sonra Xankəndi və Şuşa məktəblərində pedaqoq kimi çalışacaqlarından qürur duyduqlarını bildirirlər.

Xəyalə Sultanova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib və bu ali məktəbdə magistratura təhsili də alıb. Deyir ki, Xankəndi kimi bir bölgədə çalışmaq təkcə qürurlanmaqla bitmir, həm də böyük məsuliyyətdir, burada daha çox müharibənin ağrı-acısını yaşamış qarabağlı ailələrin, şəhid və hərbçi ailələrin övladları təhsil alır. “Müasir uşaqlar daha praqmatik, ağıllı və fəaldırlar. Buna görə də müəllimlər daim özlərini təkmilləşdirməlidirlər. Sertifikatlaşdırma da təhsildə keyfiyyətin artılılmasına və müəllimlərin davamlı inkişafına yönəlmiş prosesdir”.

Xəyalə Sultanova sertifikatlaşdırmada 57 bal toplayıb. “Bu imtahan mənə mənəvi güc və inam verdi, məsuliyyətimi, diqqətimi artırdı. Amma əvvəldən yaxşı nəticə toplayacağıma əmin idim, çünki hazırlaşırdım, ixtisas suallarını 100%, kurikulum suallarını 60% doğru cavablandırdım. Məncə, ixtisasını bilən, peşəsini sevən hər bir müəllim bu imtahandan yüksək nəticə qazana bilər, buna heç kimin şübhəsi olmasın”. 

Aynur Abbasova Bakı Dövlət Universitetinin məzunudur. 2024-cü ildə ailəsi ilə birlikdə Şuşa şəhərinə köçüb. Hazırda Şuşadakı 1 nömrəli məktəbdə çalışır. İmtahandan 55 bal toplayıb. Vaxtilə Şuşanı görməyi xəyal belə edə bilməyən Aynur Abbasova indi orada müəllim kimi çalışır. O, imtahan təəssüratlarını bizimlə bölüşüb:

“Suallar proqrama uyğun tərtib olunub, öz üzərində hazırlaşan, yeniliklərdən xəbərdar olan müəllimlərin hər biri bu imtahandan keçə bilər. Əlbəttə, bu imtahandır, çətin suallar da olur, mənim də suallarımın içində çətinləri vardı. Amma özümə güvənirdim. Kəsilsəydim, Şuşa kimi bir şəhərdə çalışmaq şansımı itirsəydim, bu, bağışlamayacağım səhvim olardı. Qazanmalıydım və qazandım. İşimə davam edəcəyəm, şagirdlərimlə yenidən görüşəcəyəm. Bildiklərimi, xalqımızın son illər yaşadıqlarını onlara qürurla anlada biləcəyəm. Ölkəmizin coğrafiyasını, iqlimini, torpağını, suyunu onlara sevərək öyrədəcəyəm. Sertifikasiyada uğur qazanmaqla şəhidlərimiz qarşısındakı borcumu da yerinə yetirmiş oldum. Onlar bu Vətəni bizə əmanət ediblər, əmanətə isə xəyanət olmaz”. 

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.