Bütün xəbərlər
21 may, 11:13

Qapıdan girən hər kəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV tədris binasının həyətinə möhürləyib buraxırlar. Bu, Oyun festivalının möhürüdür.

O tərəf-bu tərəfə qaçanlar, həyəcanla biri-birinə səslənənlərin həyəcanı qızğın hazırlıq prosesindən xəbər verir. İlk dəfə ötən il keçirilən festival bu il əhatəsini bir az da genişləndirib. ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin “Məktəbəqədər təhsil” ixtisası üzrə I, II və III kurs tələbələrinin müəllimləri ilə birləşərək ərsəyə gətirdiyi tədbirin digər universitetlərdən, bağçalardan da qonaqları var.

Öyrədən stendlər

Divar boyu düzülən stendlərin ətrafları insanla doludur. “Didaktik oyunlar”, “Süjetli-rollu oyunlar”, “Hərəkətli oyunlar”, “Sözlü oyunlar”, “Milli oyunlar” adlı stendlərdə, adından da göründüyü kimi, oyunlar təqdim edilir. Stendlərin ətrafında uşaqdan çox böyük var. Ən dolu stend “Üz bəzəmə” stendidir.

ADPU-nun “Məktəbəqədər təhsil ixtisası” üzrə III kurs tələbələri Ayla Vahabzadə və Əqidə Əmənovanın stendinə yaxınlaşırıq: “Çoxlu oyunlarımız var, stendimizə yaxınlaşan həm böyük, həm balaca qonaqlarımızla stolüstü oyunlar, həmçinin “Sehrli torba”, “Bənövşə” oyunları oynayacağıq”.

“Cahan” körpələr evi-uşaq bağçasının stendində maraqlı əşyalar diqqət çəkir. Müəssisənin metodisti Səbinə Rəhimovanın sözlərinə görə, burada uşaqlarla bərabər tərbiyəçi müəllimlərin əl işlərindən ibarət vəsaitlər də yer alıb: “7 ölkənin iştirak etdiyi “Tullantı materiallarından vəsaitlərin hazırlanması” layihəsiçərçivəsində tullantı materiallarından vəsaitlər hazırlamağa davam edirik. Oynayaraq öyrənməni təmin edən həmin vəsaitələrimizi burada da təqdim edirik. Uşaqları izləyərkən görərsiniz ki, “Xoşbəxt öyrənmə” məhz buna deyilir. 1-6 yaşlı uşaqların xoşbəxt öyrənməsini təmin edirik”.

“Didaktik oyunlar” stendini “Məktəbəqədər təhsil” ixtisası üzrə II kurs tələbəsi Fərqanə Əlizadə təqdim edərək deyib ki, məktəbəqədər yaşlı uşaqların kiçik matorikasını inkişaf etdirən oyunlar qurublar: “Stolüstü olan bu oyunlarda uşaqlar kəsilmiş kağızları formasına görə ayırır, rəngləri seçərək fərqləndirir, rəngli fiqurları ayrı-ayrı qruplaşdırararaq boş stəkanlara yığırlar. Həm tək oynaya biləcəkləri oyunlarımız var, həm də iki nəfərin oynaya biləcəyi oyunlarımızı təqdim edirik”.

Əylənən, əyləndirən festival

Festival başlayır. Əsasən oyunlardan, rəqsdən, sözdən ibarət maraqlı, əyləncəli proqramla çıxış edən tələbələr, müəllimlər və körpələr həm əylənib, həm də əyləndirdilər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova festivala və tədbirin əsas iştirakçısı olan tələbələrə uğurlar arzulayıb, onların gələcəkdə uşaq mərkəzlərinin peşəkar müəllimləri olacaqlarına inandığını deyib.

Bu iki keyfiyyəti birləşdirən tərbiyəçi müəllim uğur qazanacaq

Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının dosenti Xalidə Həmidova “Azərbaycan müəllimi”nə deyib ki, universitetin tədris proqramında “Oyunların təşkili metodikası” fənni tədris olunur və bu fənnin tədrisi zamanı tələbələrə oyun və oyuncaqların yaradılması, təşkili, oyunların qurulması öyrədilir: "Hər ilin sonunda bu fənnin yekunu olaraq belə bir festival təşkil edirik. Oyun bağçanın özəyidir. Oyun yoxdursa, demək, bağçada iş, inkişaf yoxdur. Bu baxımdan sözügedən fənn bizim üçün ən vacib fənn sayılır”. 

X.Həmidova cəmiyyətin oyunlara münasibətinə də toxunub: “Böyüdükcə uşaqlığımızı unuduruq. Biz istəyirik ki, tələbələrimiz unutmasınlar, məzun olandan sonra uşaqlarla oynasınlar. Oyunu hər yerdən götürmək və ya istənilən oyunu qurmaq mümkündür. Amma uşaqlara qoşulub onlarla oynamağı hər kəs bacarmır. Tələbələrimizə özləri olmağı, hər mühitə adaptasiya olmağı, oynamağı öyrədirik. Tələbələrimiz uşaqları sevir, onlarla oynayır. Bu ikisini bacaran tərbiyəçi müəllim uğur qazanacaq”.

“Biz yaxşı müəllim yetişdirir, əmək bazarına peşəkar kadr olaraq təqdim edirik”, - deyən X.Həmidova festivalın əhatəsinin genişləndiriləcəyini də deyib: “Keçən il bir qrupla həyata keçirdiyimiz festival bu il formatına görə geniş olub və daha uzun çəkib. Gələn il daha da böyüyəcək. Gələn il Heydər Əliyev Mərkəzinin parkında keçirməyi planlaşdırırıq. Universitetlər bu il formatımızı gördülər, gələn il onlardan da bu fəaliyyəti gözləyirik”.

“Məktəbəqədər yaşlı uşaqlar üçün oyunun əhəmiyyətini göstərəcəklər”

Məktəbəqədər təhsil fakültəsinin dekanı Nailə Hüseynova “Azərbaycan müəllimi”nə festivalın məqsədlərindən danışaraq deyib ki, bu, tələbələrin inkişafına yönəlib: “Kreativ, təşəbbüskar, praktikyönlü tələbələrin qatıldığı festivalda əsas məqsəd tələbələrə öyrədici və motivasiyaedici şəraitin yaradılmasıdır”. 

Dekan açıqlamasında bildirib ki, festivalı tələbə və müəllimlər təşkil edib: “Məktəbəqədər yaşlı uşaqların təlim və tərbiyəsi üçün önəmli olan oyun fəaliyyətini nümayiş etdirəcəklər. Həm uşaqlarla birlikdə oynayacaq, həm də uşaqlar üçün hazırladıqları müxtəlif səpkili oyunları onlara təqdim edəcəklər. Fakültəmizin tələbə və müəllimlərinin öz əlləri ilə düzəltdikləri oyun stendlərinə yaxınlaşan hər kəs tələbələrimizlə oynayaraq əylənəcək. Təbii ki, sadəcə uşaqlar deyil, elə böyüklər də. Bir sözlə, bu festivalda tələbə və müəllimlərimiz uşaqlar üçün oyunun əhəmiyyətini göstərəcəklər”.

Festivalda fəal iştirak edən tələbələr öz qiymətini alacaqlar: “Tələbələrimizə sertifikatlar verəcəyik. Çünki onlar ilboyu öyrəndikləri nəzəri bilikləri burada tətbiq edirlər. Müəllimlərimiz də mükafatlandırılacaq ki, növbəti festivala eyni həvəslə hazırlaşsınlar”.

Universitetin IV tədris binasının həyəti rəngli görüntülərə səhnə oldu. Bu səhnənin tamaşaçısı yox idi, çünki hamı – tələbələr, müəllimlər, uşaqlar, bütün qonaqlar səhnədə, əsas rollarda, oyunda idilər. Çünki oyundan kənar vəziyyət son 1 ildə papağı günə yandırmaq, heç nə öyrənməmək, dərsdən qalmaq deməkdir.

1 /15

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.