
Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ hal və yayılan səs yazısı ilə bağlı araşdırma aparıb.
Bu barədə idarədən “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, araşdırma nəticəsində müəyyən edilib ki, adıçəkilən bağçanın müdir səlahiyyətlərini müvəqqəti icra edən, eyni zamanda Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru olan Emin Orucov fəaliyyətində ciddi nöqsanlara yol verib. Bu səbəbdən o, tutduğu vəzifədən azad edilib.
Regional idarədən verilən məlumatda əlavə edilib ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili əsas prioritetlərdəndir. Eyni zamanda, vətəndaşların təhsil müəssisələrinə etimadının artırılması, şəffaflıq və səmərəliliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər