Bütün xəbərlər
14 aprel, 10:53

Martın 2-də XI sinif üzrə keçirilmiş buraxılış imtahanının iştirakçıları arasında 300 bal toplayan 23 məktəblinin ikisi Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin şagirdləridir.

“Azərbaycan müəllimi” ən yüksək nəticə göstərmiş həmin məktəblilərin təəssüratlarını oxucularına təqdim edir. 

“Mənim üçün uğurun sirri çox oxumaq deyil, düzgün oxumaqdır”

Aişə Məmmədli Mikayıl Müşfiq adına Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyur. Məqsədyönlü gənc hər zaman planlı dərs oxumağa və nizam-intizamlı olmağa çalışıb. Vaxtını düzgün böldüyü üçün gününü yalnız dərs oxumaqla deyil, maraq dairələrinə uyğun fəaliyyətlə məşğul olmağa da müvəffəq olub. Təhsil aldığı dönəmlərdə şəhər və respublika üzrə keçirilən müxtəlif intellektual yarışlarda, "Məktəblinin dostu" layihəsinin təşkil etdiyi müsabiqələrə qatılıb və iştirakçısı olduğu komanda ilə 1, 2-ci yerlərə layiq görülüb: “Mənim üçün uğurun sirri çox oxumaq deyil, düzgün oxumaqdır. Bütün fənləri həvəslə oxumuşam. Amma biologiya, ingilis dili, riyaziyyata daha çox maraq göstərmişəm. Valideynlərim isə hər zaman məni ruhlandırmağa, hər bir cəhətdən dəstək olmağa çalışıblar”. 

Buraxılış imtahanı ilə bağlı təəssüratlarını bölüşən istedadlı şagird bildirir ki, imtahan zamanı həyəcanlansa da, bu, məsuliyyətdən irəli gələn bir hiss olub. Ancaq suallarla tanış olduqdan sonra həyəcanı sıfıra enib: “Yüksək bal toplayacağıma əmin idim. Maksimal nəticə göstərməyimi öyrəndiyim zaman yaşadığım hisslər əvəzolunmazdır. Gələcəkdə hər bir abituriyentə bunu yaşamağı arzu edirəm. Yüksək nəticə göstərmək məni qəbul imtahanına daha həvəslə çalışmağıma səbəb olur. Bildirmək istərdim ki, bütün müəllimlərim hər zaman mənə dəstək olub. Sinif rəhbərim Təranə müəllim daim məni ruhlandırıb. Xüsusilə biologiya müəllimim Camal Kərimovu vurğulamaq istərdim, tanıdığım gündən motivasiya qaynağım olub. Buna görə ona sonsuz təşəkkürümü bildirirəm”. 

Aişə Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisasını seçməyi planlaşdırır: “Uşaqlıq arzu və istəklərim məni bu ixtisası seçməyə sövq edir. Gələcəkdə tibb ixtisası üzrə xaricdə təhsilimi davam etdirmək, yeniliklərlə tanış olmaq, peşəkar həkim olaraq xalqıma xidmət etmək istəyirəm”.

Aişə yüksək nəticə əldə etmək istəyən abituriyentlərə tövsiyə edir ki, planlı, disiplinli və məqsədli olsunlar. Vaxtlarını düzgün bölüb, dərs oxumaqla yanaşı, düzgün istirahət etməyə də çalışsınlar: “Uğur qazanmaq üçün hər şeydən imtina etmək, hər şeydən məhrum olmağa ehtiyac yoxdur. Daha öncə vurğuladığım kimi, çox oxumaq yox, düzgün oxumaq lazımdır. Bu zaman uğur sizinlə olacaq”.

“Uğurum valideynlərimi və müəllimlərimi hədsiz sevindirir, bu məni daha da ruhlandırır”

Nuray Hüseynzadə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin şagirdidir. Valideynlərinin, müəllimlərinin dəstəyi, dərslərinə məsuliyyətli yanaşma, daim öz üzərində çalışma Nurayın müvəffəqiyyət əldə etməsi üçün əsas təkan olub. Seçilməyi bacaran məktəbli qız 1-ci sinifdən 11-ci sinfə qədər əlaçı olub, müəllimlərinin sevimli şagirdinə çevrilib. Nuray onu addım-addım uğura aparan anları bizimlə bölüşür: “İmtahanda sualların mənim üçün asan olduğunu gördüm. Çünki hazırlaşdığımız aylarda mən hər cür sual işləməyə çalışırdım. Cavablar çıxmamışdan öncə də maksimal nəticə göstərəcəyimə əmin idim. Bununla belə nəticələr elan olunduqdan sonra özümü çox xoşbəxt hiss etdim. Uğurum valideynlərimi və müəllimlərimi hədsiz sevindirir, bu məni daha da ruhlandırır. Mənə hər zaman dəstək olan və dəyərli biliklər öyrədən müəllimlərimə - sinif rəhbərim Nərmin Xıxlara, fənn müəllimlərim Aydan Əliliyə, Gülnar Sadıqovaya, Sevinc Mehdiyevaya, Bəhruz Zeynalova və Yadigar Əliyevə çox minnətdaram”.

Nuray onun kimi uğur qazanmaq arzusunda olan şagirdlərə yorulmadan və həvəslə dərslərinə çalışmağı, heç bir zaman ümidsizliyə qapılmamağı məsləhət görür: “Şagirdlərə bacımın daim mənə verdiyi məsləhəti deyərdim: hər cür sualla tanış ola bilməyiniz üçün tapşırıqlarınızı yerinə yetirin”.

Riyaziyyat, fizika və informatika fənlərini daha çox sevən, fizika və informatika üzrə olimpiadalarda iştirak edən Nurayın uşaqlıqdan arzusu proqramçı olmaqdır. O, özünü inkişaf etdirərək bu sahə üzrə də ən uğurlu mütəxəssislərdən biri olmağı hədəfləyib.

Şərhlər

Xəbər lenti

12 iyun, 15:58

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

12 iyun, 15:56

Dövlət Proqramı çərçivəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ!

12 iyun, 15:30

Elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir  - Məleykə Abbaszadə

12 iyun, 15:27

Zəngəzur məktəbləri – Qəzetimizin arxivindən

12 iyun, 15:26

Elnur Nəsibov: Müasir kitabxana olmasa, tələbə inkişafından söz gedə bilməz

12 iyun, 15:24

Fənn müsabiqələrinin yazı işlərinin yoxlanması prosesi başa çatıb

12 iyun, 15:21

Nazir müavini: Hər bir tələbə üçün informasiya resurslarına əlçatanlıq təmin olunub

12 iyun, 15:05

Stajsız da mümkündür: Naxçıvanda gənclər işlə təmin olunur - REPORTAJ

12 iyun, 14:56

İdmançımız Avropa çempionu oldu

12 iyun, 14:48

Azərbaycan və Çin elm, texnologiya, süni intellekt üzrə əməkdaşlığa dair sənədlər imzalayıb

12 iyun, 14:46

5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək? - AÇIQLAMA

12 iyun, 14:16

Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!

12 iyun, 14:10

400 bal və bir gümüş medal: Abituriyent təcrübəsini bölüşür

12 iyun, 13:36

Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur

12 iyun, 12:49

İmtahan suallarının çətinliyi ilə bağlı fikirlərə aydınlıq gətirildi

12 iyun, 12:41

Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb

12 iyun, 12:34

Kolleclərdə yaz imtahan sessiyası başlayıb

12 iyun, 12:13

Sabahın hava proqnozu açıqlanıb

12 iyun, 12:01

İmtahanların nəticələri bu halda daha tez məlum ola bilər - DİM sədri açıqladı

12 iyun, 12:00

UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.