Bütün xəbərlər
21 iyun, 09:25

Məlum olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələri Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkətinin dünya universitetlərinin 2026-cı il üzrə növbəti qlobal reytinqində növbəti uğura imza atıb.  

Ölkəmizin 6 universiteti  “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb.  

Təhsil eksperti Vüsal Kərimli “Azərbaycan müəllimi”nə universitetlərimizin qlobal reytinq sıralamasındakı mövqeyini şərh edib. 

Onun sözlərinə görə, Azərbaycan universitetləri dərc olunmuş elmi məqalələr və elmi məqalələrə verilən istinadlar, beynəlxalq əməkdaşlıq çərçivəsində çap olunmuş məqalələrə xüsusilə önəm verilməsi kimi reytiniqn əsas indikatorları üzrə müsbət dinamika nümayiş etdiriblər. 

"Elmi məqalələrin xüsuslə yüksək kvartilli jurnallarda dərc olunması və onlara istinadların verilməsi universitetlərimizin mövqeyinə müsbət təsir edib. Digər məsələ işəgötürənlərdən gələn sorğulardır. Universitetlər müasir dünyanın əsas trendlərindən hesab olunan işəgötürənlərlə əməkdaşlıq əlaqələri qura və artıq əməkdaşlıq edə bilirlər. Bu sahədə artıq irəliləyişlərimiz var. Əcnəbi tələbələrimizin sayında az da olsa, dinamika var ki, bu da müsbət haldır. 

Eyni zamanda, əcnəbi müəllimlərin də yerli müəllimlərə olan nisbətində də irəliləmə var. Bu göstəricilər üzrə inkişafın yüksək xətt üzrə getməsi universitetlərimizi yaxın gələcəkdə daha yüksək yerlərdə qərar tutmaına gətirib çıxaracaq. 
Düşünürəm ki, artıq dayanmaq olmaz, daha sürətlə, daha əzmlə, planlı şəkildə işləmək lazımdır. Digər mühüm məsələ patentlərlə bağlıdır. Beynəlxalq patentlərə diqqət etməliyik. Çünki bu sahədə vəziyyətimiz o qədər də ürəkaçan deyil.  Patentlərimizin sayının artmasına diqqət etməliyik. İndikator olaraq sənayedən gəlirlərimiz məsələsində mövcud göstəricilərimizi yaxşılaşdırmalıyıq".

Şərhlər

Xəbər lenti

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

21 iyun, 12:26

Nazir müavini İstanbulda 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

21 iyun, 12:19

ARTİ rəsmisi: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər

21 iyun, 11:53

Nəzakət Mehdiyeva: Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

21 iyun, 10:46

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21 iyun, 10:33

İmtahandan uğurla keçən 123 nəfərin təhsil xərclərini TİF qarşılayıb

21 iyun, 10:12

Nazir müavini Azərbaycan və Özbəkistanın Hökumətlərarası Komissiyasının iclasında çıxış edib

21 iyun, 09:54

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən iki ölkədən biridir

21 iyun, 09:54

Təhsildə hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir – MÜSAHİBƏ

21 iyun, 09:45

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.