
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən xaricdə müəllimlik ixtisası üzrə ali təhsil almış şəxslərin peşə tanınması üzrə imtahan nəticələri açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, xüsusilə "İbtidai sinif müəllimliyi" üzrə imtahanda iştirak edən 10 nəfərdən yalnız 1 nəfər keçid balını toplaya bilib. Beləliklə, 90 faiz namizəd uğursuz hesab edilib.
Bundan əlavə, "Tarix müəllimliyi" və "Kimya və biologiya müəllimliyi" ixtisası üzrə də nəticələr ürəkaçan deyil. Hər iki sahə üzrə imtahanda iştirak edən namizədlər keçid balı toplaya bilməyib. Hər iki ixtisas üzrə uğursuzluq faizi 100-ə çatıb.
Ən yüksək nəticə isə "Dil və ədəbiyyat müəllimliyi", "İnformatika", "Pedaqogika", "Riyaziyyat", "Korreksiyaedici təlim" və "Xarici dil müəllimliyi" üzrə qeydə alınıb. Bu sahələr üzrə imtahanda iştirak edənlərin əksəriyyəti keçid balını toplaya bilib və sənədləri tanınıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər