Bütün xəbərlər
2 iyul, 17:54

Bildiyimiz kimi, müəllimlərin sertifikasiya prosesinin test imtahanı mərhələsi yekunlaşıb.

“Azərbaycan müəllimi” Şirvan–Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə işləyən bir neçə müəllimin imtahanla bağlı təəssüratlarını öyrənib.

“Dərslikdəki məlumatlara dərindən bələd olmaq müəllimə uğur qazanmaq üçün kifayət edər”

İlk müsahibimiz Elmira Rzaquluzadə Biləsuvar rayonu A.Həsənov adına Bağbanlar kənd tam orta məktəbdə biologiya müəllimi işləyir. Elmira müəllimin sözlərinə görə, imtahan çox şəffaf keçib:

"21 ildir ki, biologiya müəllimi işləyirəm. İmtahandan 58 bal topladım. İmtahana ixtisas üzrə hazırlaşmadım, kurikulum üzrə isə hazırlaşırdım. İmtahan çox rahat və şəffaf keçdi, sualların cavablandırılmasını bir saata yekunlaşdırdım. Suallar çox rahat idi və dərslikdən kənar deyildi. Dərslikdəki məlumatlara dərindən bələd olmaq müəllimə uğur qazanmaq üçün kifayət edər.
Sertifikatlaşdırmanın keçirilməsini dəstəkləyirəm. Bu proses daha peşəkar və bilikli müəllimlərin üzə çıxmasına şərait yaradır. Bu da gələcək nəslin düzgün məlumatlandırılması və təhsilində doğru istiqamətdə irəliləməsi deməkdir".

“Müəllim daim öz üzərində işləməlidir”

Söhbətimizi Günəş Əliyeva ilə davam etdiririk. O, Biləsuvar rayonundakı M.Piriyev adına Əliabad kənd və Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəblərdə biologiya müəllimi işləyir:

“İmtahandan 58 topladım və 26 ildir ki, biologiya müəllimi işləyirəm”
 
İmtahana ixtisasımdan hazırlaşmamışdım. İmtahan nəticəsindən çox razıyam. İmtahanı 1 saata bitirdim, amma axıra qədər oturdum ki, səhvlərimə yenidən baxım. İxtisas üzrə sualların hamısını düz yazmağım məni çox sevindirdi. Suallar qiymətləndirmə standartlarına uyğun və dərslik mövzularına uyğun hazırlanmışdı. Müəllim daim öz üzərində işləməli, yeniliklərdən xəbərdar olmalıdır. Daim öz peşəsini artırmalı, keyfiyyətli təhsil verməli, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənməli və tətbiq etməlidir".

“Sertifikatlaşdırma məsuliyyətimizi artırır”

Daha bir müsahibimiz fizika müəllimi Günel Əkbərovadır. O, imtahanda 59 bal toplayıb.

"Şirvan şəhəri 21 nömrəli orta məktəbdə çalışıram. İmtahana sərbəst şəkildə hazırlaşmışam. Kurikulum mövzuları üzrə isə özümü təkmilləşdirmişəm. İmtahan tam şəffaf idi, mükəmməl təşkil olunmuşdu. Sualları 1 saata bitirmişdim, əlavə yarım saat ərzində də yenidən yoxladım. Sertifikatlaşdırmanın faydası odur ki, özümüzü təkmilləşdiririk və məsuliyyətimizi artırırıq".

“Bu tipli imtahanlar müəllimləri daha da ruhlandırır”

Nuranə Mahmudova Neftçala rayonu Bankə qəsəbəsi S.Vurğun adına 2 nömrəli tam orta məktəbin informatika müəllimidir, imtahanda 58 bal toplayıb:

"Sertifikatlaşdırma başlayandan informatika fənni üzrə imtahanın olacağı günü səbirsizliklə gözləyirdim. Müəllimlik mənim uşaqlıq arzum olub. İmtahana hazırlıq elə dərs prosesində olub, şagirdlərlə işlədikcə imtahana hazırlaşmış olursan. Əlavə vaxtlarda isə evdə testlər edirdim.

İmtahan başlayanda həyəcanlı idim sonra həyəcanım azaldı. İmtahan şəffaf keçdi, nəzarətçilər işlərini peşəkarcasına yerinə yetirirdilər. 1 saat müddətində sualları bitirmişdim, buna baxmayaraq, imtahanda sona qədər oturdum, bununla da cavablandırdığım suallara yenidən baxmaq fürsətim oldu. Suallar orta və çətin səviyyəli idi. Düşünürəm ki, normal dərs keçən hər bir müəllim bu imtahanda yüksək nəticə göstərə bilər. Bu tipli imtahanlara hazırlaşan müəllimlərə demək istəyərdim ki, ilk olaraq müəllimliyi sevməlisən, peşəsini sevən hər bir kəs işində uğur qazana bilər. Şagirdləri sevmək, onlarla işləmək, öz vəzifəsini vicdanla yerinə yetirmək lazımdır. İmtahandan uğurla çıxmaq üçün qarşıya məqsəd qoymaq lazımdır. Mənim də hədəfim əvvəl 50 baldan yuxarı toplamaq idi, imtahan vaxtı yaxınlaşdıqca “niyə də daha çox olmasın?”, – deyə fikirləşdim və öhdəsindən gəldim. Sertifikasiya imtahanları müəllimlərin öz üzərində işləmələri, biliklərini daha da dərinləşdirmək üçün bir fürsətdir. Düşünürəm ki, bu tipli imtahanlar müəllimləri daha da ruhlandırır və onların təhsil həyatında yeni uğurlar əldə etmələrinə imkan yaradır. Yüksək nəticə göstərməyimin bir səbəbi də ətrafımdakı insanlardan, ailəmdən, məktəb rəhbərliyindən, iş yoldaşlarımdan və şagirdlərimdən gördüyüm mənəvi dəstəkdir. Hər birinə dərin təşəkkürümü bildirirəm".

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.