Bütün xəbərlər
24 iyun, 10:43

Təhsildə Keyfiyyət Təminatı Agentliyi köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciət edib.

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun olaraq həyata keçirilir.

Qaydaların 5.9-cu bəndinə əsasən xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir. Ərizəçinin kvalifikasiyası qismən tanındıqdan sonra o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ əldə edir.

Köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir.

Qismən tanınma şəhadətnaməsi ilə əlaqədar olaraq xüsusilə qeyd etmək istərdik ki, bu sənəd sahibinə sadəcə Azərbaycan Respublikasınını ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir.

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədər uzadılmışdır. Köçürülmə prosesi üçün iştirak edəcək şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.

Xüsusilə qeyd etmək istəyirik ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.

Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir: 

  1. Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürü ilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#legalization );
  2. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır;
  3. Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətində əldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır;
  4. Müraciətçinin təqdim etdiyi akademik transkript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən yekun təhsil sənədi olmalıdır.
  5. Müraciətçinin təqdim etdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariat qaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#required-documents-207 );

Qeyd: Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) olması arzuolunandır.

Şərhlər

Xəbər lenti

24 iyun, 16:58

60 bal topladı – Region birincisi oldu

24 iyun, 16:45

“Uğur çalışana qismət olur” – İmtahanda 60 bal toplayan müəllim

24 iyun, 16:45

“İmtahanın daha çətin olacağını düşünürdüm” – Sertifikatlaşdırmadan keçənlərin təəssüratları

24 iyun, 16:41

Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik

24 iyun, 16:33

AzTU-da “Məzun Günü-2025” tədbiri keçirilib

24 iyun, 16:16

Region birincisi: Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir

24 iyun, 16:11

Kənd məktəbinin müəllimi Naxçıvan üzrə birinci oldu

24 iyun, 16:09

AzMİU-da dünya alimləri inşaatın müasir problemlərini müzakirə etdilər

24 iyun, 16:02

Uğurun sevincini yaşayanlar – sertifikasiya davam edir

24 iyun, 15:51

Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 iyun, 15:16

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

24 iyun, 14:59

Daha bir biologiya müəllimi sertifikasiyadan maksimum bal toplayıb

24 iyun, 14:22

DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib

24 iyun, 14:15

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

24 iyun, 14:14

Fariz İsmayılzadə: Bağçaların tikinti qaydaları Bakının müasir urbanistikasına uyğun gəlmir

24 iyun, 13:52

İctimai Şuranın üzvləri müəllim və şagirdlərlə görüşüblər

24 iyun, 13:38

Gəncə məktəbinin müəllimi sertifikatlaşdırmada 60 bal topladı

24 iyun, 12:53

Emin Əmrullayev: 6 universitetin Top 1000-ə düşməsi atılan addımların effektivliyini göstərir

24 iyun, 12:41

Emin Əmrullayev: “Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.