Bütün xəbərlər
24 iyun, 16:45

Təhsilverənlərin bugünkü sertifikatlaşdırılma imtahanında biologiya və kimya müəllimləri öz biliklərini sınayıblar.

Prosesin şəffaf və ədalətli şəkildə keçirildiyini deyən müəllimlər imtahanla bağlı təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər. 

114 nömrəli tam orta məktəbdə çalışan biologiya müəllimi Fəridə Quliyeva imtahandan 58 bal toplayıb. Onun sözlərinə görə, imtahanda müəllimlərə təqdim olunan suallar normal idi və yazıla biləcək səviyyədə tərtib olunmuşdu.

307 nömrəli məktəbdə biologiya müəllimi kimi çalışan Şölə Mirzəyeva da imtahan prosesindən razı qalıb. O, imtahanda 57 bal toplayıb. Qeyd edir ki, hər bir müəllim öz ixtisasını yaxşı səviyyədə bilməlidir: “Müəllim dərs keçdiyi fənni yaxşı bilməlidir, buna görə də imtahan üçün xüsusi hazırlığa ehtiyac yoxdur”.

Arzu Gözəlova da yüksək bal toplayaraq həmkarlarından seçilən müəllimlərdən biridir. 307 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyət göstərən Arzu müəllim uzun illərdir ki, biologiya fənnini tədris edir və bu imtahandan 56 bal toplayıb. Onun fikrincə, bu imtahan müəllimlərin öz üzərində çalışmağa təşviq edən və inkişaf etdirən bir prosesdir: “Sertifikatlaşdırma müəllimlərin öz üzərində çalışması, özünü təkmilləşdirməsi baxımından çox vacibdir. İmtahanın daha çətin olacağını düşünürdüm, amma gözlədiyimdən asan oldu. Məktəbdə dərs deyən, şagirdlərin qarşısına çıxan istənilən müəllim bu sualları cavablandıra bilərdi”.

14 nömrəli tam orta məktəbin biologiya müəllimi Əli Əsədullayev 53 bal toplayıb. O bildirib ki, imtahan tam şəffaf şəkildə keçib və ümumilikdə təşkilatçılıqdan razı qalıb. 

114 nömrəli tam orta məktəbdə çalışan biologiya müəllimi Rufanə Rəsulova isə 53 bal toplayıb və imtahanın şəffaf şəkildə keçirildiyini vurğulayıb.

112 nömrəli tam orta məktəbin biologiya müəllimi Leyla Məmmədova isə 53 bal toplayıb. O bildirib ki, suallar dərsliklərdə olan mövzuları əhatə edib: “Artıq yazanda balımı təxmin edirdim. Suallar səviyyələr üzrə bölünmüşdü, ümumiyyətlə, dərslikdə olan mövzulardan kənar heç bir sual salınmamışdı”.

İmtahan iştirakçıları qeyd edirlər ki, sualların asan, orta və çətin səviyyələrdə tərtib olunması imtahan iştirakçılarının səriştələrini qiymətləndirməyə və onların peşəkar ehtiyaclarını müəyyən etməyə imkan verir. Bu həm müəllimlərin inkişafına, həm də ümumi təhsil keyfiyyətinə birbaşa təsir göstərir.

Şərhlər

Xəbər lenti

24 iyun, 18:18

Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

24 iyun, 18:14

İmtahanın dördüncü günü – Kimya-biologiya müəllimlərindən yüksək nəticə

24 iyun, 17:45

Hazırlıq və məsuliyyət uğurun əsas şərtləridir” – Maksimum bal toplayan müəllim

24 iyun, 17:42

Nazir: Bizdə müəllimlik yarımştat işdir, bunu dəyişməyə çalışırıq

24 iyun, 17:41

İdarəetmənin qeyri-mərkəzləşdirilmiş formaya keçidi üçün işlər aparılır – Nazir

24 iyun, 17:28

“Sertifikatlaşdırma ailə büdcəmizə də müsbət təsir göstərəcək” – Naxçıvanda imtahandan uğurla keçənlər 

24 iyun, 17:23

“Xüsusi təhsilə yanaşma çox köhnədir” – Nazir

24 iyun, 17:23

Nazir: Məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var

24 iyun, 16:58

60 bal topladı – Region birincisi oldu

24 iyun, 16:45

“Uğur çalışana qismət olur” – İmtahanda 60 bal toplayan müəllim

24 iyun, 16:41

Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik

24 iyun, 16:33

AzTU-da “Məzun günü-2025” tədbiri keçirilib

24 iyun, 16:16

Region birincisi: Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir

24 iyun, 16:11

Kənd məktəbinin müəllimi Naxçıvan üzrə birinci oldu

24 iyun, 16:09

AzMİU-da dünya alimləri inşaatın müasir problemlərini müzakirə etdilər

24 iyun, 16:02

Uğurun sevincini yaşayanlar – sertifikasiya davam edir

24 iyun, 15:51

Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 iyun, 15:16

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.