Bütün xəbərlər
24 iyun, 16:33

Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü-2025” adlı tədbir keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər. “Məzun günü-2025” tədbiri ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra AzTU-nun 75 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 3000-dən çox tələbənin məzun olduğunu bildirib və onları təbrik edib. O, qeyd edib ki, bu il AzTU-nun 75 illik yubileyi qeyd olunacaq. Universitetin 75 illik tarixi inkişaf yoluna nəzər salan rektor bu illər ərzində AzTU-nun qazandığı mühüm uğurlara diqqət çəkib. Rektor AzTU-nun son illər beynəlxalq reytinqlərdə uğurla irəliləməsini və bu uğurlarda AzTU əməkdaşlarının, eləcə də tələbə, müəllim və məzunların rolunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AzTU-nun fəxri məzunu, millət vəkili Zahid Oruc, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Bakı Gəmiqayırma Zavodunun Tədris Mərkəzinin Təlim və inkişaf bölməsinin rəhbəri Nəcəf Mustafayev AzTU məzunlarını təbrik ediblər. Çıxış edənlər məzunlara uğurlar arzulayaraq Azərbaycanın əmək bazarında layiqli yerləri tutmağı, xaricdə ölkəni layiqincə təmsil etməyi tövsiyə ediblər.

Çıxışlardan sonra AzTU-nu yüksək ümumi orta müvəfəqiyyət göstəricisi ilə bitirən, həmçinin universitetin ictimai-sosial həyatında fəal iştirak edən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub.

“Məzun Günü-2025” tədbiri konsert proqramı ilə davam edib.

1 /16

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.