Bütün xəbərlər
4 iyul, 16:52

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDI), ADA Universiteti Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp və KOLIN şirkətinin tərəfdaşlığı ilə təşkil olunan XIX Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School – BSES) buraxılış mərasimi uğurla başa çatıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 23 iyun – 4 iyul tarixlərini əhatə edən proqram çərçivəsində 14 ölkədən 50-yə yaxın iştirakçı, enerji mütəxəssisləri, tədqiqatçılar və dövlət nümayəndələri intensiv akademik sessiyalarda və sahə ziyarətlərində iştirak ediblər.

Bu il Bakı Yay Enerji Məktəbinin əsas mövzusu “Enerji əlaqəliliyi” olub. Proqramda Xəzər regionunun qlobal enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və iqlim keçidi gündəmlərindəki rolu müzakirə edilib.

İki həftəlik müddətdə iştirakçılar enerji, ətraf mühit, bərpa olunan enerji mənbələri, enerji hüququ, geosiyasət, enerji iqtisadiyyatı, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, Xəzər enerjisinin strateji əhəmiyyəti, dayanıqlı enerji gələcəyi, enerji diplomatiyası və enerji sənayesində strateji idarəetmə kimi mövzular üzrə aparıcı ekspertlərin təqdimatlarını dinləyiblər.

Spikerlər sırasında energetika nazirinin müavini Elnur Soltanov, “bp” şirkətinin beynəlxalq məsləhətçi komandasının rəhbəri dr. Maykl Denison, energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov, “bp”nin Xəzər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın vitse-prezident müavini Vitali Bəylərbəyov, ABŞ Hərbi Dəniz Məktəbinin professoru Brenda Şaffer, London Biznes Məktəbinin professoru Samuel Furfari, “SOCAR Green” şirkətinin mütəxəssisləri Elçin Tarquliyev və Əli Oruczadə, “Masdar” şirkətinin Azərbaycan üzrə meneceri Murad Sadıqov, Macarıstanın “MVM” şirkətinin müşaviri Molnar Ferenk, IDD-nin baş elmi işçisi Cahangir Araslı, IDD-nin tədqiqatlar və analitik nəşrlər üzrə direktoru Damjan Krnjevic, enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, IDD-nin enerji və dayanıqlı inkişaf proqramının baş elmi əməkdaşı Əhməd Hümbətov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Şahin İsmayılov, “AZCON”un kommunikasiya üzrə rəhbəri Əli Əliyev, Ələt Azad İqtisadi Zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov və Dövlət Neft Fondunun baş direktor müavini Bəhruz Bəhramov yer alıb.

Sahə səfərlərinə “Neft Daşları”, SOCAR Enerji Muzeyi, Bakı Nobel İrsi Fondu, Qaradağdakı “Masdar” bərpaolunan enerji sahəsi və Bakı şəhər ekskursiyası daxil olub. Ekskursiyaya tanınmış bələdçi Fuad Axundov rəhbərlik edib. Bu səfərlər iştirakçılara Azərbaycanın karbohidrogen sahəsindəki inkişafı və yaşıl enerji keçidi haqqında dərin biliklər verib.

Proqramın sonunda ADA Universitetinin prorektoru və IDD direktoru Fariz İsmayılzadə və “bp”nin Xəzər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirakçılara sertifikatlar təqdim ediblər. Təqdimat zamanı iştirakçıların regional enerji əməkdaşlığı və dayanıqlı gələcək üzrə dialoqa verdiyi töhfələr vurğulanıb. 

1 /5

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.