Bütün xəbərlər
26 may, 12:25

"Azərbaycan müəllimi" RFO qaliblərinin uğur hekayələrini təqdim etməyə davam edir. Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri ən yüksək nəticə göstərən məktəblilər sırasındadırlar. 

“Qızıl medal aldığımı dostumdan öyrəndim”

Onlardan biri – Xırdalan şəhəri Veysəl Müsibov adına 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əli Sadıqlı riyaziyyat fənni üzrə RFO-da qızıl medala sahib olub. Uşaqlıqdan riyaziyyata maraq göstərən Əli müəllimi İlkin Əkbərovun tövsiyəsi ilə olimpiadalara qoşulub və getdikcə belə müsabiqələrə marağı artıb: “Dərslərimi həmişə yaxşı oxumuşam, həmişə əlaçı olmuşam, 9-cu sinfi qırmızı attestatla bitirmişəm. 2024-ci ildə keçirilən RFO-da riyaziyyat üzrə ikinci yerə çıxaraq gümüş medala layiq görülmüşəm. Həmçinin 9-cu sinifdə TR-YÖS 2024/2 imtahanından dünya yeddincisi olmuşam, Türkiyənin müxtəlif universitetlərindən Tibb fakültələri üzrə qəbul almışam. 23 aprel 2025-ci ildə keçirilən "Zəkaların mübarizəsi” olimpadasının komanda yarışında regional mərhələdə birinci yerə çıxaraq finala vəsiqə qazanmışam”. 

Məktəbli riyaziyyat müəllimi Xanım Teymurovaya, sinif rəhbəri Turan Seyidəliyevaya, oxuduğu məktəbin direktoru Vüsal Süleymanova və direktor müavini Minəxanım Səfərovaya, həmçinin onda olimpiadaya həvəs yaradan riyaziyyat müəllimi İlkin Əkbərova minnətdarlığını bildirərək onların və valideynlərinin arzusunu yerinə yetirmək üçün əlindən gələni etdiyini qeyd edir.

Olimpiada həyəcanı barədə söhbət açan qalib söyləyir: “Olimpiadada yüksək təşkilatçılıq var idi, nəzarətçilər yarana biləcək istənilən problemin qarşısını alırdı. Olimpiadada koordinasiya tam şəffaf keçirildi. Qızıl medal alacağıma inanırdım, amma rəsmi nəticələr açıqlanana qədər içimdə narahatlıq hissi var idi. Qızıl medal aldığımı dostumdan öyrəndim. İlk olaraq, o mənə zəng edib təbrik etdi. Valideynlərim bu uğurda mənə hərtərəfli dəstək olub, onların inamlarını doğrultduğum üçün çox xoşbəxtəm”. 

Qalib məktəbli hesab edir ki, uğur qazanmaq üçün əsas olan davamlılıq və iradədir: “Olimpiadada bir suala ortalama olaraq 1 saat vaxt verildiyini nəzərə alaraq, suala heç 5 dəqiqə baxmamış sualdan sıxılmaq, həmçinin sualın həllinə baxmaq və yaxud da başqa suala keçmək sizi heç bir yerə daşımayacaq”. 

Əlinin gələcək hədəfləri arasında beynəlxalq olimpiadalardan medal qazanmaq, xaricdə yüksək reytinqli universitetlərdən birində təhsil aldıqdan sonra Vətənə qayıdıb burada işləmək əsas yeri tutur.

“Ailəm, məktəbim, kəndim, rayonum mənimlə qürur duyur”

Xızı rayon Xələnc kənd orta məktəbin 9-cu sinif şagirdi Namiq Nəzərli RFO-da coğrafiya fənni üzrə bürünc medal qazanıb. Namiq bu fənnə marağının hələ ibtidai siniflərdə Həyat bilgisi fənnini keçərkən baş qaldırdığını deyir: “Həyat bilgisi dərsini bizə ixtisasca coğrafiya müəllimi olan Fəqət Bəşirov tədris edirdi. O, “Həyat bilgisi” dərsliyini, eləcə də coğrafiyanı bizə mükəmməl mənimsətmişdi. Hələ 3-cü sinifdə oxuyarkən dəfələrlə bilik yarışmalarında yuxarı sinif şagirdlərinə qalib gəlmişik. Coğrafiya fənnindən reytinqim həmişə yüksək olub. 2023-2024-cü tədris ilində 8-ci sinifdə oxuyarkən RFO-nun final mərhələsinə cəmi 0,25 balım çatmadı”. 

Namiqin sözlərinə görə, dərs əlaçısı olsa da, RFO-ya hazırlıq gündəlik dərs prosesindən tamamilə fərqlidir. Şagirdlərin oxuyub anlama, təhlil, tətbiqetmə və məntiqi bacarıqları güclü olmalıdır: “Qlobus, xəritə, atlaslar, ensiklopediyalar, statistika həmişə göz önündə olmalıdır. Çeviklik də əsas şərtlərdəndir. Mən vaxt bölgüsünə düzgün əməl etsəydim, nəticələrim daha yüksək olardı”. 

Məktəbli olimpiada qalibi olduğunu öyrəndiyi an sevincini ilk paylaşmaq istədiyi şəxs Fəqət müəllim olub, lakin həmin vaxt müəlliminin telefonuna zəng çatmayıb. Sonradan öyrənib ki, Fəqət müəllim onunla eyni vaxtda “Mülki müdafiə” kursunda imtahan verirmiş: “Hər ikimizin uğurları eyni anda bəlli oldu. Çox fərəhləndim. Ailəm, məktəbim, kəndim, rayonum, mənimlə qürur duyur. Sonra məlum oldu ki, rayonumuzun tarixində ilkə mən imza atmışam, rayonumuzda ilk olimpiada medalçısı olmuşam. Ailəm az imkanları ilə təhsilimə həmişə dəstək olub. İnamlarını doğrultduğum üçün qürurluyam”.

Uğurlu kənd məktəblisinin gələcək arzusu nüfuzlu ali məktəbə qəbul olmaq və elmi işlə məşğul olmaqdır. Rayonlarında onun kimi şagirdlərin sayının çoxalması üçün Namiq həmyaşlarına, məktəblilərə səylə oxumağı, mövcud dərsliklərlə kifayətlənməməyi, müasir texnologiyaların imkanlarından düzgün istifadə etməyi tövsiyə edir. 

1 /3

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.