Bütün xəbərlər
11 mart, 09:22

Məlumdur ki, peşə təhsili iqtisadiyyatın inkişafı və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması baxımından vacib bir sahədir. Hazırda peşə təhsili iş qüvvəsinin hazırlanmasından tutmuş sosial inklüzivliyə qədər bir çox sahədə mühüm rol oynayır.
  
Bu yazıda peşə təhsilinin cəmiyyətə və fərdlərə gətirdiyi faydaları, əhəmiyyətini bir daha vurğulamağa çalışdıq.  
Müsahiblərimizlə İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzində tanış oluruq. İlk növbədə, geyim dizaynının incəliklərinə nüfuz etmək və bu sənətin arxasındakı yaradıcı zəkanı anlamaq üçün gənc dizayner Aysel Əlixanova ilə həmsöhbət olduq. Onun dünyasına səyahət edərək, moda sənayesindəki təcrübələrini, yaratdığı unikallığı və gələcək planlarını müzakirə etdik.  

Aysel Əlixanova 1998-ci ildə Qəbələ rayonunda anadan olub. Onun bu sahəyə marağı uşaqlıq illərindən başlayıb. İlk olaraq Bakıda modelyer dizayner kurs təhsili alıb. 2022-ci ildə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Geyim üzrə dizayner” ixtisasına qəbul olub, 2024-cü ildə isə oranı bitirib. Hazırda bu sahədə fəaliyyət göstərir. 

Peşə təhsili aldığı 2 il ərzində yalnız öz ixtisası ilə kifayətlənməyib, bir çox yeni sahələr üzrə təlimlərdə də iştirak edib. Həmçinin IT sahəsi üzrə birillik dövlət təqaüdü qazanıb və müxtəlif layihələrdə iştirak edərək satış və biznes sahəsində yeni məlumatlar əldə edib.

Aysel bizimlə söhbətində qeyd edir ki, ilkin olaraq dizayn edəcəyi məhsulu təxəyyülündə canlandırır, sonra isə geyimin eskizini hazırlayıb, cizgilərini çəkir, daha sonra parça üzərində işə başlayır. Hazırda əsasən tikiş sahəsində fəaliyyət göstərsə də, digər sahələrə də marağı və bacarığı var. 

Əl işlərinə olan böyük marağı və bacarığı vasitəsilə gələcəkdə hazırlayacağı geyim kolleksiyalarına çox fərqlilik qatacağına inanan Aysel hər zaman yeniliklərə açıqdır, sosial şəbəkələr üzərindən bir çox kolleksiyaları və geyim mütəxəssislərinin işlərini yaxından izləyir.

Aysel həm də Mərkəzdə yaradılmış “Tələbə Parlamenti”nin sədri seçilib, təcrübə qazandıqca vaxtından daha səmərəli istifadə etməyi öyrənib. “Tələbə Parlamenti”nin sədri olduğu müddətdə bir çox sosial fəaliyyətlər təşkil edib və bu təcrübə ona idarəetmə bacarıqlarını inkişaf etdirməkdə kömək edib. Təhsilini başa vurduqdan sonra Aysel dərziliyə aid avadanlıqlar alaraq kiçik bir müəssisə açıb, təhsil zamanı öyrəndiklərini artıq öz praktik işində uğurla tətbiq etməkdədir.

Digər bir müsahibimiz İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin həm məzunu, həmçinin əməkdaşı, eyni zamanda özünü kifayət qədər inkişaf etdirmiş sahibkar Valeh Əliyevdir. Onun rəhbərlik etdiyi şirkətin uğurlu layihələri və yaradıcı yanaşmalarına dair maraqlı fikirlərini dinlədik. Müsahibəmiz reklam dünyasındakı yeniliklərdən, dizaynın gücündən və gələcək perspektivlərdən bəhs edir. 

V.Əliyev İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Qrafik dizayn” ixtisası üzrə birillik təhsil alıb. Bu peşəni seçməsinin səbəbinə gəlincə, qeyd edir ki, 2010-cu ildə məktəbi bitirdikdən sonra "Reklamena" adlı reklam şirkətinin təsisçilərindən biri olaraq reklam sahəsinə daxil olub. Hazırda həmin şirkət Azərbaycanın ən böyük reklam şirkətləri arasında ilk 10-luqda yer alır. 2013-cü ildə bu sahə üzrə təhsil almaq ona həm diplom əldə etməyə, həm də bilik və bacarıqlarını daha da təkmilləşdirməyə kömək edib. 

Valeh Əliyev faktiki olaraq İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlim ustası olaraq çalışır. Təhsil müddətində əsasən dizayn proqramları ilə maraqlanıb, çünki bu, onun iş sahəsi üçün vacib idi. O, xüsusilə “Photoshop”, “İllustrator” və “CorelDRAW” proqramlarında biliklərini möhkəmləndirib. “İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin kadr hazırlığında öndə olması və imkanlarının yüksək olduğuna, gələcəyim üçün önəmli faktor olacağına görə bu müəssisəni seçdim. Tətbiqi proqramlar və əməliyyat sistemlərinin incəliklərini öyrəndim, bunlar məndə təşkilatçılıq, özünü inkişafetdirmə kimi bacarıqlar formalaşdırdı”, - deyən Valeh ilk dizayn işlərinin və layihələrinin tam peşəkar olmadığını etiraf edərək, onları beş ballıq sistemlə üç balla qiymətləndirildiyini qeyd edir. 

O, həmtəsisçisi olduğu "Reklamena" şirkətinin hazırda bütün Azərbaycanı əhatə etdiyini, bu sahədə uğurlu olmaq üçün daim çalışdığını  vurğulayıb. Valeh Əliyev gənc dizaynerlərə tövsiyə edərək bildirib ki, mütləq şəkildə “CPhotoshop”, “İllustrator”, “CorelDRAW” kimi müxtəlif dizayn proqramlarını bilməli, daim yeni dizaynlar üzərində işləməli və axtarışda olaraq bilik və bacarıqlarını möhkəmləndirməlidirlər. 

Valeh Əliyev qeyri-hökumət təşkilatı olan İsmayıllı İnnovasiyalar Mərkəzinin sədri, daha sonra “İstech” İsmayıllı Texnologiyalar MMC-də baş menecer vəzifəsində çalışıb. İş təcrübəsi və idarəçilik bacarıqları ilə müxtəlif təşkilatlarda mühüm vəzifələr icra edib. Eyni zamanda, gənclər təşkilatlarında təlimçi kimi fəaliyyət göstərir. 

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin məzunları ilə söhbətimiz qrafik dizayn və reklam dünyasında fərqlənmək üçün tələb olunan yaradıcı düşüncənin və strateji yanaşmanın vacibliyini bir daha təsdiqlədi. Bir daha əmin olduq ki, yaradıcı yanaşmalar və qətiyyətli addımlar, hər sahədə uğur qazanmanın açarıdır. Həmsöhbətlərimizin paylaşdığı təcrübələr, yalnız dizayn deyil, həyatın hər sahəsində daha yaxşı işlər görmək üçün bizə motivasiya verdi.

Şərhlər

Xəbər lenti

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.