Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - ¹20

 

Bir dərsin təəssüratları

Bookmark and Share

Bu gün dünya təhsilinə inteqrasiya olunan Azərbaycan məktəblərində hər dərsi maraqlı və səmərəli qurmağa çalışan müxtəlif fənn və sinif müəllimləri çoxdur.  Yasəmən Bayramova 1996-cı ildə Bakı Pedaqoji Texnikumunu (Azərbaycan Dövlət Pedaqoji Kollecini) fərqlənmə diplomu ilə bitirib. Sumqayıt şəhər Uşaq Birliyinin rəhbəri kimi çalışıb. 1997-2000-ci illərdə Bakının Nəsimi rayonundakı 152 nömrəli tədris ocağında fəaliyyət göstərib. Artıq 10 ildir ki, 35 nömrəli məktəbdə (direktoru Rəna Naibovadır) sinif müəllimidir (O, Sumqayıt Dövlət Universiteti filologiya fakültəsinin (qiyabi)  sonuncu kurs tələbəsidir). 

Həyat əmək və fəaliyyətlə bağlıdır, deyiblər. Müəllimin mövcudluğu onun şagird varlığını nurlandıran dərsləridir; dərsləri tamamlayıb, dərinləşdirən müxtəlif sinifdənxaric, məktəbdənkənar tədbirləridir. Alim-müəllim ailəsində dünyaya göz açıb böyümüş Yasəmən Aslan qızı hər dərsə ciddi hazırlaşır, şagirdlərin bilik və bacarıqlara yiyələnmələrinə səy göstərir, ənənəvi metodla interaktivliyin vəhdətində təlimi vəzifələri reallaşdırır. Bunu onun bir dərsinin nümunəsində təsvir və təqdim edirik. II "C" sinfində Azərbaycan dilindən "Böyük hərflə yazılan sözlər" mövzusu keçilirdi. Keçmiş dərsi soruşub şagirdlərin bilik və bacarıqlarını aşkara çıxaran müəllim yeni mövzunun tədrisinə başladı.

İkincilərə: - Uşaqlar, yer adları da böyük hərflərlə yazılır,  -  deyə məlumat verən Y.Bayramova aşağıdakı məzmunda sual-cavab apardı:

M.: - Hansı şəhərləri tanıyırsınız?

Ş.: - Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran...

- Hansı ölkələrlə həmsərhədik?

- Gürcüstan, Rusiya, İran, Türkiyə, Ermənistan.

- Azərbaycanın paytaxtı hansı şəhərdir?

- Bakı.

- Azərbaycanın ikinci böyük şəhəri hansıdır?

- Gəncədir. Gəncə qədim şəhərdir. N.Gəncəvi, M.Gəncəvi, Cavad xan kimi məşhur şəxslər bu şəhərdə yaşamışlar.

Şagirdlərin cavablarından razı qaldığını bildirən müəllim:

- Heyvanlara verilmiş adlar da böyük hərflə yazılır. Məsələn: evin keşiyində duran itlərə hansı adlar qoyulduğunu bilirsiniz?

- Alabaş, Bozdar, Toplan...

- Atlara hansı adlar verilir?

- Qırat, Yelqanad, Alapaça, Tufan.

Şagirdləri qruplara bölən müəllim onlara iş vərəqləri payladı, qruplara adlar verildi.

I qrup "Şirvan", II qrup "Şuşa", III qrup  "Gəncə", IV qrup "Kəpəz" adlandırıldı.

Paylanmış vərəqlərə aşağıdakı məzmunda tapşırıqlar yazılmışdı:

I vərəq. Heyvanlara adlar verin.

II vərəq. Elə gül adları seçin ki, onlar həm də insan adları olsun.

III vərəq. Hansı sözlər böyük hərflə yazılır, hansı kiçik hərflə?

Şəhər, salyan, oğlan, Xəzər, çay, Araz, kür, arif, bulaq, balakən, rayon, ölkə, türkiyə, inək, qaşqa, pişik.

Qrupların təqdimatından sonra müzakirələr başlandı.

Hər qrupun nümayəndəsi iş vərəqlərini təqdim etdi. Suallar cavablandırılıb müzakirə olundu, uşaqlara suallar verildi.

- Hansı söz yerindən asılı olmayaraq həmişə böyük hərflə yazılır?

A) Azad

B) Bayram

C) Babək

Tapşırığa aydınlıq gətirmək üçün sual verildi:

- Uşaqlar, azad sözü necə yazılır?

- İnsan adı kimi olanda böyük, azad olmaq mənasında işlənəndə kiçik hərflə yazılır.

Azad qapını döydü.

Hər insan azad yaşamaq istəyir, -  cümlələri üzrə iş başa çatandan sonra Bayram və Babək sözlərinin böyük hərflə yazıldığı aşkara çıxarıldı.

Şagirdlər cavab verdilər ki, bayram sözü həm böyük, həm də kiçik hərflə yazılır. İnsan adı böyük hərflə yazılır. Bayram günləri olanda isə kiçik hərflə yazılır.

Müəllimin: - Hansı bayramlar var, sualına cavab olaraq, 8 Mart Beynəlxalq Qadınlar Günü, Respublika Günü, Ramazan bayramları sadalandı.

Babək sözü həmişə böyük yazılır, çünki addır, - cavabını alan müəllim dedi:

- Babək qəhrəman olub. 812-ci ildən ərəblərə qarşı vuruşub, 837-ci ildə onu edam etdilər. İllər keçsə də xalqımız Babəki unutmur. Qəhrəmanlar daim yaşayırlar. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.

Sonrakı test üzrə üç söz vardı. İkincilər Türkiyə, Qərənfil, Fatma sözlərinin düzgün yazılışını tapmalı idilər.

Müəllim şagirdlərə xatırlatdı ki, Türkiyə bizimlə dost, qardaş bir dövlətdir. Biz bir millət, iki dövlətik. Şagirdlərdən biri:

Bir millətik, iki dövlət,

Eyni arzu, eyni niyyət.

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

 

Bir ananın iki oğlu,

Bir ananın iki qolu,

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə,

-  bəndlərini söylədi.

Müəllimin sorğusuna şagirdlər cavab verdilər ki, qərənfil həm gül, həm də insan adıdır.

Yasəmən Bayramova məlumat verdi: - Uşaqlar, qərənfilə həm də şəhid gülü deyirlər. 1990-cı ildə sovet qoşunları çoxlu azərbaycanlı şəhid etdilər. Xalqımız onların şəhid olduqları, dəfn edildikləri yerə çoxlu qərənfillər qoyurlar.

Dərsin maraqlı məqamlarından biri oyun idi. Müəllim lövhədən misallar yazılmış plakat asdı. Şagirdlərə bildirdi ki, bu oyun zamanı həm riyazi qabiliyyətiniz inkişaf edəcək, həm də işğal olunmuş rayon adları, bayram adları qeyd olunacaq.

1) 50-20-21=9

Ş.: -  9 May Qələbə bayramıdır.

2) 40-30-2=8

Ş.: - 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Ş.: - 8 may 1992-ci il Şuşanın işğal olunduğu gündür.

3) 100-50-32=18

Ş.: - 18

may Laçın rayonunun işğal olunduğu gündür.

Ş.: - 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür.

4) 30-0-15=15

Ş.: - 15 iyun Milli Qurtuluş Günüdür.

Ş.: - 15 sentyabr Bilik Günüdür.

5) 14+10-3=21

Ş.: - 21 mart Novruz bayramı günüdür.

Cavablardan razı qaldığını bildirən müəllim mövzu ilə bağlı ümumiləşdirmə apardı:

- Uşaqlar, biz bu gün ad bildirən bəzi sözlərin böyük yazılmasını öyrəndik. Yerindən asılı olmayaraq adlar, soyadlar, yer adları, su mənbələrinin adları böyük hərflə yazılır. Bunlar xüsusi isimlərdir.

Sadəcə təsvirini verdiyimiz dərsin təlimi nəticələri növbəti dərsdə şagird cavablarında, yerinə yetirilmiş çalışmada özünü göstərdi. Statistik faktlar mövzunu şagirdlərin 95 faizinin yaxşı mənimsədiyini təsdiq etdi. 

Elman ƏBDÜLOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - ¹20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov